Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Berns Türkiyə MİT direktoru Kalına zəng edərək ondan İran-İsrail gərginliyində vasitəçi olmasını istəyib.
Sherg.az xəbər verir ki, təhlükəsizlik mənbələrindən alınan məlumata görə, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Berns bayram zamanı İbrahim Kalına zəng edərək, İran-İsrail gərginliyində vasitəçi olmasını istəyib.
Kalın və Berns Qəzzada atəşkəs danışıqları ilə bağlı da fikir mübadiləsi aparıblar.
Kalın amerikalı həmkarı ilə görüşündən sonra Həmas ilə də telefon danışığı aparıb.