Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Kəndlər Azərbaycana qaytarıldıqdan sonra Tavuşda (Tovuzqala - red .) ərazilər daha ​​çox qorunacaq, çünki heç kim bizim ərazimizə sahib çıxmağa cəhd etməyəcək.
Axar.az xəbər verir ki , bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.

“Dayanmadan mövqelər qura və gücləndirə bilərik, sonra onlar “Bayraqdar”ları və tankları ilə bizə hücum edəcəklər. Bu, zəmanət deyil. Zəmanət qanuni, qarşılıqlı tanınan sərhəddir. Doğrudanmı kimsə bizim yaxşı mövqelərimizdən Azərbaycana, Türkiyəyə, Pakistana qarşı döyüşə biləcəyimizi düşünür? Bu, kəmiyyət məsələsidir”, - o bildirib.