Qırğız Mədəniyyəti Günləri başa çatıb

Azərbaycanda aprelin 23-26-da ilk dəfə keçirilən Qırğız Mədəniyyəti Günləri başa çatıb.
Mədəniyyət Nazirliyindən "Sherg.az"a verilən məlumata görə, tədbirdə mədəniyyət naziri Adil Kərimli, Qırğızıstanın mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Altınbek Maksutov, iki ölkənin mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Qırğızıstanın mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Altınbek Maksutov deyib ki, Azərbaycan və qırğız xalqlarının dostluq və qardaşlığının əsasında həm də mədəni münasibətlər, ümumi dəyərlər dayanır:
“Əminik ki, mədəni əməkdaşlığımız daha da genişlənəcək. Qırğız xalqı Azərbaycanın Nizami Gəncəvi, Üzeyir Hacıbəyli, Qara Qarayev, Rəşid Behbudov, Müslüm Maqomayev, Polad Bülbüloğlu və başqa ədəbiyyat və mədəniyyət xadimlərinə çox böyük hörmət bəsləyir. Xalqlarımızı daha yaxınlaşdıracaq, mədəni əməkdaşlığımızı dərinləşdirəcək yeni layihələr həyata keçirəcəyik”.