ABŞ səfiri və xanımı Qırmızı Qəsəbədə - Foto

ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Quba rayonunun Qırmızı Qəsəbə kəndində olub.

Axar.az xəbər verir ki, bu barədə səfirliyin X hesabında məlumat paylaşılıb.

“ABŞ səfiri və xanımı Danusya Libbi yəhudilərin Pesax bayramını qeyd etmək üçün Quba rayonundakı Qırmızı Qəsəbə kəndində olublar. Burada dağ yəhudiləri icmasının nümayəndələri ilə görüşüblər. Onlar sinaqoqlara, muzeylərə, eləcə də Tağlı körpüyə baş çəkiblər”, - paylaşımda qeyd edilib.

Telegram Widget
ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Quba rayonunun Qırmızı Qəsəbə kəndində olub.