ABŞ və İran arasında gizli görüş! Gündəm Yaxın Şərqdə gərginlik

 ABŞ və İran nümayəndələri bir neçə gün əvvəl Omanda Yaxın Şərqdəki gərginliyi nəzarətdə saxlamaq üçün “gizli görüş” keçiriblər.

Sherg.az xəbər verir ki, bu haqda İsraildə ivrit dilində yayımlanan "Walla" xəbər saytı adı açıqlanmayan iki mənbəyə əsaslanaraq məlumat yayıb. Məlumatda deyilir ki, çərşənbə axşamı (14 may) ABŞ və İran Omanda Yaxın Şərqdəki gərginliklə bağlı gizli danışıqlar aparıblar.

Gizli danışıqlara ABŞ Ağ Ev Milli Təhlükəsizlik Şurasının Yaxın Şərq və Şimali Afrika üzrə koordinatoru Brett Makqurk və İranın xüsusi nümayəndəsi Abram Pelinin qatıldığı bildirilsə də, İran tərəfi ilə bağlı məlumat verilməyib.

Bildirilib ki, bu görüş yanvarda Omanda keçirilən analoji görüşdən sonra iki tərəf arasında dolayı danışıqların ilk raundu olub.

Dolayı danışıqların İranın İsrailə hücumundan təxminən bir ay sonra Omanın vasitəçiliyi ilə aparıldığı qeyd edilib və ABŞ rəhbərliyinin Yaxın Şərqdəki böhranın regional müharibəyə çevrilməsinin qarşısını almağa çalışdığı bildirilib.