500 arı sancdı: Bal istehsalına başladı
Yusif Nəzərli
14:49 26.05.2024
Dünya
430
Anadoluda yaşayan Gümüşbaş ailəsi arıçılıqla məşğuldur. Gümüşbaş ailəsinin arıçılığa marağının qəribə hekayəsi var.
“Sherg.az” “Milliyet.com.tr”yə istinadən xəbər verir ki, təbiət qoynunda istirahət etməyi sevən ailə bir gün meşədə gəzərkən bir ağacın gövdəsinə arıların girib-çıxdığını görüb. Ağaca yaxınlaşdıqda onun çürük olduğunu fərq ediblər. Nayimə Gümüşbaşın həyat yoldaşı əlindəki çubuqla arıların yuvasına müdaxilə edib. Bu zaman ağac koğuşundan çıxan arılar ona hücum edib. Təxminən 500-ə qədər arı onu sancıb. Ağrıdan qıvrılan adam özünü dərədəki çaya atıb, soyuq suyun içində xeyli vaxt qalıb. Sonra həkimə gediblər. Həkim “sənin ölmədiyinə təəccüb edirəm. İndiyə qədər ölməmisənsə, bundan sonra sənə daha zaval yoxdur”, deyib. Həkim ona allergiyaya qarşı dərman verib. Gümüşbaş 3 gecə ard-arda yuxusunda arıları bəslədiyini görüb. 4-cü gün arıçılığa başlayacağına qərar verib və 1 pətək alıb. “Arıçılıq çox gəlirli iş deyil. Risklər də var. Arılarla düzgün davranmadıqda tələf olurlar, zərərə uğrayırsan. Xərclərimiz hər gün artır. Bizim hazırda əlimizdə olan pətəklərin dəyəri 500 min lirədir. Hələ ki bu işə hobbi kimi baxırıq. Gələcəkdə qazanc əldə etsək, arıçılıqla ciddi məşğul olacağıq”, - deyən Gümüşbaş ailəsinin böyüyü deyib ki, arıçıların əsas işi yayda başlayır. Yay aylarında başqaları kölgəliklərdə istirahət edir, onlar da əyinlərinə kombinzon geyinib arılarla məşğul olurlar. Bütün yayı dağlarda keçirirlər. Arılarsa sancmaqda davam edir. Bəzən 200 arının hücumuna məruz qalırlar. Amma artıq arı sancmasına alışıblar. Zərər görmürlər. Kimin allergiyası yoxdursa, arı sancmasından qorxmasın. Heç bir zərəri olmayacaq.
[18:13, 26.05.2024] Nihat Veliyev: Ermənilər yandıqlarından kəndi yandırırlar
Onlar yanğınlar törətməklə azərbaycanlılara olan qəzəb və nifrətini nümayiş etdirirlər
İkinci Qarabağ müharibəsində onların başına elə bir zərbə vurmuşuq ki, onlar bundan sonra həmişə qorxu içində dovşan kimi yaşayacaqlar
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Xankəndi” Zaur Hacıyevlə yollarını ayırdı
15:39 25.09.2026
Futbol
Prezident İlham Əliyev Sərdar Berdiməhəmmədovu təbrik edib
15:37 25.09.2026
Gündəm
Sel təhlükəsinə dair tədbirlər keçirilib
14:59 25.09.2026
Aktual
Türkiyə lideri: İranın daxili işlərinə qarışmaq olmaz
14:43 25.09.2026
Gündəm
Bakıda anbarda güclü yanğın başladı - FOTO
14:31 25.09.2026
Hadisə
Simonyan Azərbaycanı işarə elədi, Şevtsov hədələdi
14:18 25.09.2026
Gündəm
Braziliya millisində “10 nömrə”nin yeni sahibi müəyyənləşdi
14:11 25.09.2026
Futbol
Elm öyrənməklə əldə olunmur
13:07 25.09.2026
Elm və Təhsil
Tramp İranla danışıqlardan imtina etdi
12:57 25.09.2026
Dünya
“Paşinyan Ermənistanın Azərbaycandan asılı olduğunu bəyan etdi”
12:54 25.09.2026
Gündəm
SEPAH: ABŞ yeddi şərtimizi yerinə yetirənədək müharibə davam edəcək
12:48 25.09.2026
Dünya
Azərbaycan Qran-prisi: Üçüncü sərbəst yürüş başladı
12:39 25.09.2026
İdman
Prezident: Cənubi Qafqazda sülh yeni investisiya dalğası yaradır
12:35 25.09.2026
Gündəm
2015-ci ildən sonra doğulanlara siqaret qadağan ediləcək
12:25 25.09.2026
Sağlamlıq