
Azərbaycan-Ermənistan münasibətləri: Sülhün izi ilə
08:32 30.05.2024
Siyasət
463
Hələ ki çərçivə sülh sazişi imzalanacaq Paşinyan bildirib ki, Zəngəzur dəhlizi məsələsi Ermənistan qanunvericiliyi çərçivəsində həllini tapacaq “Belə görünür ki, bir çox məsələlərin nizamlanması hələ açıq qalır. Biz çərçivə sülh sazişi imzalasaq, sadəcə, hansısa mərhələni keçmiş olacağıq. Sənədin imzalanması post-konflikt dövrü üçün bir zəmin yaradır”
“Hər gün sülh müqaviləsi imzalamaq üçün gözəl fürsətdir”.
Bunu Ermənistan Baş naziri Nikol Paşinyan noyabrda Bakıda keçiriləcək COP29-un sülh müqaviləsinin imzalanması üçün əla fürsət olması ilə bağlı bəyanatları şərh edərkən bildirib.
Sülh müqaviləsinin mətni üzrə razılığa gəlməyin vacibliyinə diqqət çəkən Paşinyan əlavə olaraq qeyd edib ki, bu razılaşma 2022-ci il oktyabrın 6-da Praqada, sonra Soçidə, Brüsseldə əldə olunub: “Əsas prinsiplər razılaşdırılıb, onların sülh müqaviləsinin mətnində əks etdirilməsi qalır. Hesab edirəm ki, bizim bu işi tez bir zamanda başa çatdırmaq imkanımız var. Görəndə ki, bu iş başa çatıb, nəticələr yekunlaşıb və biz imzalamaya keçməliyik, yeri və vaxtı müəyyən etmək daha sonra müzakirə olunacaq başqa bir məsələdir. Mən deyə bilərəm ki, indi bizdə ab-havada ciddi dəyişiklik var, lakin bu, finişə çatdığımız anlamına gəlmir.
Siyasi şərhçi Azər Rəşidoğlu “Sherg.az"a açıqlamasında deyib ki, söhbət Sülh Bəyannaməsindən yox, Çərçivə Sülh Sazişindən gedir. Bu sənəddə nizamlanmanın prinsipləri əks olunub:

“Azərbaycan nizamlanma üzrə beş prinsip təklif edib və Ermənistan öz mövqeyini açıqlayıb. İndi həll olunmamış bir məsələ qalıb. Yəni Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. Ermənistan çoxtərəfli sənədlərə istinadən Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Ermənistan Praqada Almatı Sazişinə və BMT Nizamnaməsinə istinadən Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib. Münaqişə iki ölkə arasında olduğundan ərazi bütövlüyü məsələsi ikitərəfli sənəddə də öz əksini tapmalıdır. Çərçivə sülh sazişinin imzalanması üçün şərait yaranıb. Amma sazişin imzalanması vaxt aparacaq. Burada sərhədlərin delimitasiyası, demorkasiyası prosesi var, kommunikasiyaların bərpası və açılması məsələsi var. Paşinyan bildirib ki, Zəngəzur dəhlizi məsələsi Ermənistan qanunvericiliyi çərçivəsində həllini tapacaq. Belə görünür ki, bir çox məsələlərin nizamlanması hələ açıq qalır. Biz çərçivə sülh sazişi imzalasaq, sadəcə, hansısa mərhələni keçmiş olacağıq. Sənədin imzalanması post-konflikt dövrü üçün bir zəmin yaradır. Yəni məsələlərin həlli üçün prinsiplər müəyyən edilmiş olur. Əlbəttə ki, kənar təsirlər də mövcuddur. Kənar təsirlər olmasa, çərçivə sazişinin COP29-a qədər imzalanması daha real olardı”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hande və CeyLo bir arada
05:05 25.09.2026
Şou
Müasir insanın bu 7 vərdişi onu xəstə edir
04:24 25.09.2026
Sağlamlıq
Azərbaycan daha üç ölkə ilə viza tələblərini sadələşdirib
03:03 25.09.2026
Siyasət
Sin Cinpin və Donald Tramp Ukrayna və Yaxın Şərqi müzakirə edib
01:59 25.09.2026
Dünya
Tiktok bu ölkədə 16,8 milyon dollar cərimə ödəyəcək
01:21 25.09.2026
Texnologiya
Netanyahu: İran hökumətinin süqutu yalnız zaman məsələsidir
00:59 25.09.2026
Gündəm
Türkiyəli nazir istefa verib? - Özü açıqladı
23:55 24.09.2026
Gündəm
Bu bürclər edilən səhvi heç vaxt unutmur - Siyahıda 3 bürc
23:31 24.09.2026
Cəmiyyət
Pakistan və İran liderləri regional vəziyyəti müzakirə ediblər
22:36 24.09.2026
Gündəm
Ərdoğandan Paşinyana mühüm mesaj: Bakı-İrəvan sülhünə dəstək
22:20 24.09.2026
Gündəm
Ərdoğan: Türkiyə iqtisadiyyatına risk yoxdur
21:59 24.09.2026
Gündəm
Nazirlər Kabinetində geniş iclas keçirildi
21:06 24.09.2026
Aktual