Bəşər Əsədin həyat yoldaşı Esma Əsədin ölüm xəbəri: Açıqlama gəldi

Suriya prezidenti Bəşər Əsədin bir müddət leykozdan müalicə olunan həyat yoldaşı Esma Əsədin vəfat etdiyi iddia edilib. Onun ölüm xəbərini Əsədin lideri olduğu "Baas" Partiyası təkzib edib.

Sherg.az xəbər verir ki, Əl-Ərəbiyyədə yer alan xəbərə görə, "Baas" Partiyasının bəyanatında “əsassız xəbərlərin yayıldığı” bildirilib. Sosial mediada yayımlanan bəyanatda “xəbərlər yalnız etibarlı mənbələrdən alınmalıdır” xəbərdarlığı yer alıb. Esma Esad 5 il əvvəl döş xərçəngindən xilas olub.


1975-ci ildə Londonda anadan olan Esma Fevvaz al-Asad Suriya prezidenti Bəşər Əsədin həyat yoldaşıdır. 3 övladı var. Onun əvvəllər investisiya bankçılığı sahəsində karyerası olub, lakin Hafiz Əsədin ölümündən sonra 2000-ci ilin dekabrında prezident Bəşər Əsədlə evlənərək Suriyaya köçərək bank karyerasını tərk edib. Esma Əsədin həm də Britaniya vətəndaşlığı var.