Prezident Ərdoğan Meral Akşeneri qəbul edəcək

Prezident Rəcəb Tayyib Ərdoğan bu gün saat 17.00-da İYİ Partiyasının keçmiş sədri Meral Akşenerlə görüşəcək.

Sherg.az xəbər verir ki, görüşün Beştepedə keçiriləcəyi bildirilir. Prezident Ərdoğanla Meral Akşener arasında daha əvvəl də telefon danışığı olub.

Tərəflər arasında bir çox məsələlərin müzakirə olunacağı gözlənilir. Görüşdən sonra hər hansı açıqlamanın verilməsi nəzərdə tutulmur.


Bir müddətdir ki, Ankarada Ərdoğanın İYİ Partiyasının başqanı Müsavat Dərvişoğlu ilə görüşəcəyi gözlənilirdi. Prezident Ərdoğan: "Dərvişoğlu ilə görüşəcəksinizmi?" “Görüşməyimiz üçün heç bir səbəb yoxdur” -deyə cavab vermişdi.

Akşener mayın 1-də vəzifəsini Müsavat Dərvişoğluna təhvil verdikdən sonra ictimaiyyət qarşısına çıxmayıb.

 İYİ Partiyasının keçmiş başqanı bazar ertəsi keçmiş baş nazir Tansu Çillərin həyat yoldaşı Özer Çillərin dəfn mərasimində iştirak edib.