Mühüm addım: Türkiyə  F-16-ların alınmasında imzaya çox yaxındır 

ABŞ və Türkiyənin F-16 müqaviləsini imzalamağa yaxın olduğu bildirilir.

Sherg.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, ABŞ səfiri Jeff Flake  Türkiyəyə yeni F-16-ların satışında böyük bir addım atıldığını açıqlayıb.

Flake, sosial media hesabından verdiyi açıqlamada deyib: “Bu gün Türkiyənin son nəsil "F-16 Blok 70" döyüş təyyarələrini alması və mövcud F-16 donanmasının modernləşdirilməsi istiqamətində mühüm bir addım atıldı. Bu, ABŞ-ın milli təhlükəsizliyi, Türkiyənin milli təhlükəsizliyi və NATO-nun qarşılıqlı fəaliyyəti üçün yaxşı addımdır.

ABŞ Dövlət Departamenti yanında Siyasi və Hərbi Məsələlər Departamenti, “Birləşmiş Ştatlar Türkiyənin indiyə qədər istehsal edilən ən qabaqcıl olan və yalnız ən yaxınlarına təqdim edilən yeni "F-16 Block 70" döyüş təyyarələrini satın almasında müttəfiqlər və tərəfdaşlarla əhəmiyyətli bir addım atır. Bu, ABŞ-ın Türkiyə ilə təhlükəsizlik tərəfdaşlığına sarsılmaz sadiqliyinin son nümunələrindən yalnız biridir" bəyanatda deyilir.

Prosesin başa çatması ilə Türkiyə ABŞ-dan 40 ədəd "F-16 Blok 70" döyüş təyyarəsi və 79 ədəd F-16 modernizasiya dəsti alacaq.