Eko-etiket normaya çevrilir

 Ekologiya və ətraf mühitin mühafizəsi

İstehsalçılar ərtaf mühitin qorunmasına məsuliyyət daşıyacaq

  Qlobal iqlim dəyişikliyi təbii resursları israf və məhv edən dövlətləri – bəşəriyyəti təbiəti qorumağın necə vacib olduğuna, nəhayət ki, inandırdı. Son illərdə dünyada təbiətin qayğısına daha çox qalmağa başlayıblar. Meşə örtüyünün, yaşıllıqların, su, torpaq ehtiyatlarının sürətlə tükəndiyini görən dövlətlər çıxış yolları axtarır. Plastik qablar, selofan paketlərin zərərli olduğu o zaman uca səslə bəyan edilməyə başladı ki dənizlər, su höfzələri bu məhsullarla dolduruldu, plastiklər, təkrar emalı mümkün olmayan tullantılar torpaqları yararsız hala saldı. İndi isə dünya dövlətləri problemi həll etməyə çalışırlar. Bu ilin payızında COP-29-a ev sahibliyi edəcək Bakıda təbiəti qorumağın yolları da müzakirə ediləcək. Mötəbər tədbirə hazırlaşan Azərbaycan ekologiyanın mühafizəsi məqsədilə həm iqtisadi-sosial islahatlara imza atır, həm də qanunvericilik bazasını təkmilləşdirir. “Eko-etiket”lə bağlı hüquqi bazanın yaradılması bu istiqamətdə atılan addımlardan biridir. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin məlumatında qeyd edilir ki, “Dayanıqlı satınalma”nın komponentlərindən biri olan “yaşıl satınalma” anlayışının “Dövlət satınalmaları haqqında” qanuna daxil edilməsi üçün əlaqədar qanunvericilik aktlarına dəyişiklik edilməli, o cümlədən “yaşıl məhsullar”ın müəyyən edilməsi üçün “eko-etiket” anlayışı müvafiq normativ-hüquqi bazaya daxil edilməlidir. Hazırda qüvvədə olan “Dövlət satınalmaları haqqında” qanunun 33.11-ci maddəsində dayanıqlı satınalmanın zəruri elementlərinə dair müddəalar artıq mövcuddur. Bu xüsusda, satınalma komissiyası təklifi ən səmərəli təklif kimi qiymətləndirərkən satınalma predmetinin istismar, texniki xidmət və təmir xərclərini, onların göndərilməsi (görülməsi və ya göstərilməsi) müddətlərini, funksional xüsusiyyətlərini və zəmanət şərtlərini nəzərə alır. Satınalan təşkilat şərtlər toplusunda təkliflərin qiymətləndirilməsi zamanı istismar xərclərinin və zəmanət şərtlərinin nəzərə alınması ilə bağlı tələb qoyduğu halda, daha uzun müddət istifadə edə biləcəyi dayanıqlı məhsul əldə edərək, nəticədə, təkrar istehsal zamanı ətraf mühitə vurulacaq zərəri minimallaşdırmış olur. Məlumata görə, “dayanıqlı satınalma”nın zəruri elementləri 2024-cü il 1 yanvar tarixinədək qüvvədə olmuş “Dövlət satınalmaları haqqında” 2001-ci il 27 dekabr tarixli 245-IIQ nömrəli qanunda da mövcud olub. “Yaşıl satınalma”ların tətbiqi enerji səmərəliliyinə və resurslara qənaətin artırılmasına, tullantıların təkrar emalının artmasına, ekoloji cəhətdən təmiz texnologiyaların tətbiqinə, iş şəraitinin yaxşılaşdırılmasına və işçilərin təhlükəsizliyinin artırılmasına töhfə verir. Qazaxıstanda ilk dəfə olaraq “dayanıqlı satınalma” anlayışını təqdim edən “Dövlət satınalmaları haqqında” qanunu imzalanıb. Bununla da, ölkədə mal və xidmətlərin alınması zamanı təkcə qiymət deyil, həm də istehsalın ətraf mühitə, iqtisadiyyata və cəmiyyətə təsiri nəzərə alınacaq.
  Ekoloq Rövşən Abbasov “Sherg.az"a açıqlamasında qeyd etdi ki, eko-etiket ətraf mühitin mühafizəsinə xidmət edən metoddur:
" Əvvəlcə aydınlaşdıraq ki, eko-etiket nədir? Eko-etiket dünya miqyasında ətraf mühitin keyfiyyətinin sertifikatlaşdırılması və etiketlənməsi üçün könüllü bir metoddur. Eko-etiket müəyyən bir məhsul və ya xidmət kateqoriyasında ətraf mühitə uyğun olduğunu sübut etmiş məhsul və ya xidmətləri müəyyənləşdirir. Etiket təsnifatları fərqlidir. Eko-etiketləri istehsalçılar və xidmət təminatçıları tərəfindən hazırlanmış "yaşıl" rəmzlərdən və ya iddia bəyannamələrindən fərqli olaraq, ən etibarlı etiketlər, şəffaf həyata əsaslanan ətraf mühitin liderlik meyarlarına cavab verəcək şəkildə müstəqil olaraq müəyyən edilmiş məhsul və ya xidmətlər üçün neytral üçüncü tərəf verir. Eko-etiketləmə, hökumətlərin, müəssisələrin və ictimaiyyətin ətraf mühitin qorunması ilə bağlı artan qlobal narahatlığından qaynaqlanır. Müəssisələr ətraf mühitlə bağlı narahatlıqların müəyyən məhsul və xidmətlər üçün bazar üstünlüyünə çevrilə biləcəyini dərk etdikləri üçün təbii, təkrar emal edilə bilən, ekoloji cəhətdən təmiz, az enerji, təkrar emal edilmiş məzmunu və s. Bu şəkildə müxtəlif ətraf mühit ifadələri, tələb və etiketlər ortaya çıxdı. Bunlar istehlakçıları satınalma variantları ilə ətraf mühitə təsirləri azaltmaq üçün yollar axtarmağa cəlb etdi, eyni zamanda bəzi qarışıqlıqlara və şübhələrə səbəb oldu. Sübut olunmayan və ya əlaqəsiz iddialar "yaşıl yuma" adlandırılıb. Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO), ən güclü Tip 1 eko-etiket bağlantısı da daxil olmaqla üç geniş növ könüllü etiketi müəyyən edib. Bunlar I tip - Ətraf mühitdə etiketlərin istifadəsinə icazə verən bir lisenziya verən könüllü, çox meyarlı, üçüncü bir proqramdır. II növ - Məlumatlı ətraf mühitin özünü elan etməsi iddialarıdır. III növ - Məhsulun həyat dövrü qiymətləndirməsinə əsasən əvvəlcədən müəyyən edilmiş parametrlər altında ölçülən və bu və ya digər səlahiyyətli üçüncü şəxs tərəfindən təsdiqlənmiş ətraf mühit məlumatlarını təmin edən ixtisaslı üçüncü tərəf tərəfindən verilən könüllü proqramlardır. İnkişaf etmiş ölkələrdə mal və məhsulların eko-etiketlə təqdim olunması, satışa çıxarılması böyük üstünlükdür. Hesab edilir ki, sahibkar, istehsalçı şirkət təkcə özünü, qazancını deyil, ətraf mühiti, insanların sağlamlığını da düşünür. Əsas meyar sıfır tullantıdır. Tullantıların təkrar emalı, istehsalda təkrar emal edilə bilən materiallara üstünlük verilməsi əsas şərtlərdir. Qərb sahibkarları ekoloji problemləri də biznesə çevirə bilir və bundan qazanc əldə edirlər. Çalışırlar ki, ekoloji təmiz məhsulların istehsalına üstünlük versinlər, çünki cəmiyyət bunu tələb edir artıq. Məsələn, plastik qablar, plastik tullantılar təkrar emala və təkrar istehsala verilir. “Sıfır tullantı” prinsipinə riayət edilir. «Environmental», «Social and Governance – ESG» prinsiplərinə korporativ idarəetmə ilə yanaşı, ətraf mühit və sosial maraqlar da daxildir. Ümumilikdə ESG biznesin ətraf mühitə faydasını tələb edən idarəetmə üsuludur. ESG-nin E komponenti – istehsalçıların ekologiyaya münasibətdə nə dərəcədə diqqətli davrandığını əks etdirir. Bu komponent korporativ iqlim siyasəti, enerjidən istifadə, tullantıların idarə edilməsi, çirklənmə, təbii resursların qorunması kimi məsələrlə bağlıdır".