Prezident büdcə gəlirinin artırılması ilə bağlı fərman verdi

Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2024-cü il büdcəsinə dəyişiklik edilib.                                                      “Sherg. az”-ın xəbərinə görə, Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb.

Fərmana əsasən, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2024-cü il büdcəsinin gəlirləri 12 073 255,5 min manatdan 14 109 215,6 manata, xərcləri isə 12 900 232,5 min manatdan 12 904 943,4 manata qaldırılıb.