“Space” televiziyasına direktor təyin edilən Ayaz Mustafayev təəssüratlarını Sherg.az-la bölüşüb:
"Diqqətinizə və təbriklərə görə təşəkkür edirəm. Təəssüratım əsasən məsuliyyət hissi ilə bağlıdır. Space TV böyük bir kanaldır, illərdir fəaliyyət göstərir və kifayət qədər baxımlıdır. Ona görə də bizim üzərimizdə əsas məsuliyyət həmin tendensiyanı qoruyub saxlamaq və kanalı daha da baxımlı etməkdir".
Yeni baş direktor baş verən dəyişikliklərə ictimaiyyətin şahid olacağını söyləyib:
"Bu mərhələdə konkret hansısa plan və ya hədəflərlə bağlı nəsə deməyim düzgün olmaz. Amma bu elə bir sahədir ki, baş verən dəyişiklikləri, hədəfləri və yenilikləri ictimaiyyət özü görəcək. Siz də buna şahid olacaqsınız".