Türkdilli xalqların deportasiya və soyqırım günü təsis edilməlidir

Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Biriyi"Soyqırım və deportasiya qurbanlarına dəstək" adlı layihənin icrasına başlayıb.

Birliyin mətbuat xidmətinin məlumatına görə, layhə Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşir.Layihənin icrasında Türkiyə Respublikası Bolqarıstan Türkəri Mədəniyyət və Xidmət Dərnəyi (BULTÜRK) və Özbəkistan Respublikasının “Yüksək səlahiyyət” təşkilatı tərəfdaş qismində iştirak edir. Layihə çərçivəsində Türkiyə Cumhuriyyətinin İstanbul şəhərində “Deportasiya qurbanlarının qayıdış imkanlarının reallaşdırılması istiqamətində beynəlxalq platforma” adlı Beynəlxalq Konfrans keçiriləcək. Konfransda Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin və türkdilli etnik xalqların dövlət və qeyri-dövlət qurumlarının təmsilçiləri,vətəndaş cəmiyyəti institutlarının, diaspora nümayəndələrinin və mətbuat nümayəndələrinin iştirakı nəzərdə tutulub. Bu istiqamətdə təşkilatın beynəlxalq təcrübəli ekspertləri tərəfindən təqdimatlar həyata keçiriləcək. Layihə çərçivəsində Bakı şəhərində deportasiya və soyqırım istiqamətində çalışan araşdırmaçılar, QHT rəhbərləri, dövlət qurumlarının və Qərbi Azərbaycan icmasının nümayəndələrinin iştirakı ilə "dəyirmi masa" və İmişli rayonunun 4 icmasında Qərbi Azərbaycan icmalarının iştirakı ilə seminarlar təşkil olunacaq. Beynəlxalq Konfransda Qərbi Azərbaycan, çərkəz, ahıska və Orta Asiya xalqlarının deportasiya və soyqırım hadisələri barədə tarixi faktlar və həqiqətlər ictimaiyyətə təqdim olunacaq. Konfransın qətnaməsi hazırlanacaq və TDT-nın rəhbər qurumlarına təqdim olunacaq. Eyni zamanda uyğun bir tarıx seçilməklə “Türkdilli xalqların beynəlxlaq deportasiya və soyqırım” gününün təsis edilməsi barədə TDT İdarə Heyətinə müraciət ünvanlanacaq.