Paşinyan Azərbaycan Prezidentinin İrəvan sammitində iştirakını yüksək qiymətləndirib

Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevin İrəvanda keçirilən VIII Avropa Siyasi Birliyinin Zirvə toplantısında videobağlantı formatında iştirak etməsini yüksək qiymətləndirib.

APA xəbər verir ki, bu barədə Paşinyan VIII Avropa Siyasi Birliyinin Zirvə Toplantısında mətbuat konfransında deyib.

O, Türkiyə Vitse-prezidentinin sammitdə iştirakını da müsbət hal kimi dəyərləndirib.