Kamala Harris: Trampı məğlub etmək üçün əlimdən gələni edəcəm

ABŞ prezidenti Co Bayden seçki yarışından geri çəkildikdən və vitse-prezident Kamala Harrisin namizədliyini dəstəklədiyini elan etdikdən sonra Harris “namizədliyə layiq olmaq və qalib gəlmək niyyətində olduğunu” bildirib.

 Sherg.az xəbər verir ki, Harris məsələ ilə bağlı yazılı açıqlama verib.

ABŞ prezidenti Baydenə liderliyinə görə təşəkkürünü bildirən Harris, "Prezident Bayden bütün həyatı boyu fədakarcasına və vətənpərvər şəkildə gördüyü işləri görməyə davam edir: Amerika və xalqını hər şeydən üstün tutur" deyə bildirib.

Harris, Prezidentin təsdiqini və dəstəyini aldığı üçün qürur duyduğunu vurğulayaraq qeyd edib: “Mən namizədliyə layiq olmaq və qazanmaq niyyətindəyəm”.

Demokrat Partiyası ilə ölkəni birləşdirmək üçün hər cür səy göstərəcəyini ifadə edən Harris vurğulayıbki, Donald Trampın ekstremist gündəmini və 2025 Layihəsini məğlub etmək üçün əlindən gələni edəcək.