Həddi-buluğa çatmayan vətəndaşlara nə dini, nə də dünyəvi nikah kəsilə bilməz -İlahiyyatçı
12:23 24.07.2024
Sosial
1209
Yetkinlik yaşına çatmayan şəxslər barəsində dini kəbinkəsmə edən şəxslər inzibati həbs olunacaq.
"Sherg.az" xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi İnzibati Xətalar Məcəlləsinə əlavə edilən yeni - 189-3-cü maddədə əksini tapıb. Qanuna əsasən, yetkinlik yaşına çatmayan şəxs barəsində dini kəbinkəsməyə görə fiziki şəxslər min manat məbləğində cərimə ediləcək. Yuxarıda nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə isə fiziki şəxslər iki min manat məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunacaq.
Yeni qanunla bağlı fikirlərini bölüşən ilahiyyatçı Tural İrfan "Sherg.az"a söyləyib ki, bəzən yetkinlik yaşına çatmayanlara din xadimləri kəbin kəsirdi:
''İndiki qanuna görə bu mümkün olmayacaq. Alqışlayıram, yerində qəbul edilmiş qanundur. Bu, bir çox fəsadların qarşısını alacaq. Qanunlarımıza görə, müəyyən kəbin üçün müəyyən yaş məhdudiyyəti var. Həmin yaşa çatmayan vətəndaşlara nə dini, nə də dünyəvi nikah kəsilə bilməz. Gərək, indi buna çox ciddi nəzarət olunsun. Bəzən isə sənədləri qaydasında olmayan şəxslər qanuni nikahdan əvvəl dini kəbin adı verilən nikah icra edirdilər. Bu da doğru deyil. Öncə dövlətin nikahı vacibdir. Əslində dini kəbini də bu əvəz edir. Hər ikisində məqsəd şahidlərin iştirakı ilə evlənən tərəfləri ər-arvad elan etməkdir. Hazırki qanunun icrası üçün öncə, din xadimləri maarifləndirmə aparmalıdırlar. İslam dininə görə, həddi- büluğa çatdıqdan sonra evlənmək yaxşıdır. Amma bu yaş həddi hər ölkədə fərqlidir. Ölkəmizdə də nikaha icazə verilən yaş əsas götürülür. Burada heç bir problem, dinə zidd bir amil yoxdur. Əksinə tam dolğun qərardır''.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə
Kino xadimləri Prezidentə müraciət edib
18:11 21.09.2026
Mədəniyyət
Nunes: Rusiyadan gələn təhlükə realdır
18:02 21.09.2026
Dünya
Cevdet Yılmaz Azərbaycan səfirini qəbul edib
17:50 21.09.2026
Gündəm
Tonqaldan atlanmaq zərdüştiliyin adəti deyil - Həsən Həsənov
17:49 21.09.2026
Gündəm
Cəlilabadda açıq ərazi yanır - FOTO
17:35 21.09.2026
Hadisə
Bankın süni intellekt köməkçisi müştərini təhqir etdi - FOTO
17:32 21.09.2026
Texnologiya
Bakıda marketdə qadını döyən şəxs həbs edilib
17:30 21.09.2026
Hadisə