Netanyahudan Baydenə təşəkkür: "İkimizdə sionistik"


İsrailin baş naziri Benyamin Netanyahu prezidentlik yarışından çəkildiyini elan edən ABŞ prezidenti Co Baydenə səlahiyyət müddəti ərzində gördüyü işlərə görə şəxsən təşəkkür edib. 
Sherg.az xəbər verir ki, bir-birlərini 40 ildir tanıdıqlarını vurğulayan Netanyahu, “Qürurlu bir israilli sionistdən qürurlu irland-amerikalı sionistə qədər əlli illik ictimai xidmətinizə və İsrail dövlətinə əlli illik dəstəyinizə görə sizə təşəkkür etmək istəyirəm.  Netanyahunun təşəkkür nitqində prezident Baydeni “sionist” kimi qələmə verməsi diqqət çəkib.

Qeyd edək ki, Bayden İsrailin Qəzzaya hücumlarının ilk günündən bəri Netanyahunun ən böyük dəstəkçisi olub.