Ərdoğan məmləkəti Rizədə qonşularını ziyarət edib- FOTOLAR

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məmləkəti Rizənin Güneysu rayonunda qonşularını ziyarət edib. Prezident Ərdoğan partiyasının Rize İl Təşkilatının toplantısına da qatılıb.



Sherg.az xəbər verir ki, qonşularını ziyarət edən Ərdoğan uşaqlara oyuncaq paylayıb, onlarla bir müddət söhbət edib.



 
Uşaq millisinin formasına da imza atan Ərdoğan qonşuları ilə xatirə şəkli də çəkdirib.

Prezident Ərdoğan partiyasının Rize İl Təşkilatının toplantısına da qatılıb və partiya təşkilatı ilə görüşüb.

 
Oteldə keçirilən görüş mətbuata qapalı olub.