Sena çayının çirkli olmasına görə triatlonçuların məşqləri ləğv edilib

Triatlonçuların bu günə planlaşdırılan üzgüçülük məşqləri Sena çayında suyun keyfiyyətinin aşağı olması səbəbindən ləğv edilib.
“Report” Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.
Buna səbəb Parisdə güclü yağış nəticəsində çayların çirklənməsidir. Qarışıq estafetin avqustun 5-də keçirilməsi gözlənilir.