Niderland F-16-ları istismardan çıxardı
19:45 27.09.2024
Dünya
532
Niderland Hərbi Hava Qüvvələri (HHQ) bütün F-16 qırıcılarını istismardan çıxarıb və tamamilə F-35-ə keçib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Niderland Müdafiə Nazirliyinin (MN) press-relizində bildirilib.
Vliland adasındakı təlim poliqonu, Susterberq aviabazası və Haaqadakı MN-in binası kimi yerlər üzərində ən azı 400 metr yüksəklikdə uçan səkkiz F-16 vida turu keçirib.
Qeyd olunub ki, bu tip qırıcılar 45 ildən artıqdır ki, Niderlandda istifadə olunur və həm ölkə daxilində, həm də xaricdə fayda gətirir.
İstifadəyə buraxılmayan və ya satılmayan təyyarələr başqa ölkələrə təhvil veriləcək. Ümumilikdə söhbət 42 qırıcıdan gedir, onlardan 18-i Rumıniyadakı pilotların təlim mərkəzinə, 24-ü isə Ukraynaya göndərilməlidir. Vəd edilən qırıcılardan 14-ü artıq Rumıniyaya verilib. Həmçinin, müəyyən sayda F-16-ları Niderland Ukrayna verib, lakin təhlükəsizlik səbəbi ilə onların dəqiq sayı barədə məlumat verilmir.
Xatırladaq ki, Niderland 2019-cu ildə F-35 döyüş təyyarəsinə keçidə başlayıb. ABŞ-dən ümumilikdə 52 qırıcı sifariş edilib, onlardan 40-ı artıq gətirilib və Niderland HHQ-də istifadə olunur. Bundan əlavə, sentyabrın əvvəlində MN büdcənin artması fonunda əlavə olaraq altı F-35 almaq niyyətində olduğunu açıqlayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: İran məsələsində tələsmirəm
11:27 20.11.2026
Gündəm
Xroniki tənhalıq demensiya riskini 38 faiz artırır
11:11 20.11.2026
Sağlamlıq
Fransa: Əsgərlərimiz zaman-zaman Ukraynada olub
10:59 20.11.2026
Gündəm
“Yuventus” Makkenninin transferinə icazə vermədi
10:56 20.11.2026
Futbol
Rektor qəzaya düşdü, akademik həyat yoldaşı ölüb
10:16 20.11.2026
Hadisə
Tramp tarixi üçtərəfli sammiti dəyərləndirdi: 10 üzərindən 12 bal
10:02 20.11.2026
Dünya
ABŞ Senatından Trampa İrana hücum dəstəyi gəldi
09:58 20.11.2026
Gündəm
Mossad rəhbəri ABŞ-ı İrana zərbələri bərpa etməyə çağırıb
09:57 20.11.2026
Dünya
Agentliyə yeni şöbə müdiri təyin olunub
09:36 20.11.2026
Elm və Təhsil
Bakıda gənc oğlan dostu tərəfindən bıçaqlandı
09:28 20.11.2026
Hadisə
QHT-lər üçün qrant müsabiqələri elan olundu - ŞƏRTLƏR
09:19 20.11.2026
Sosial
Bakının bir sıra yollarında tıxac yaranıb
08:57 20.11.2026
İnfrastruktur
Noyabrın 20-si üç BÜRC üçün xüsusi gün olacaq
08:48 20.11.2026
Sosial
Xərçəngə səbəb olan qidalar - Siyahı yeniləndi
08:20 20.11.2026
Sağlamlıq
Karles Puyola vəzifə verildi
07:51 20.11.2026
Futbol