CHP Ərdoğanı ayaqüstə alqışladı - Özgür Özəl: Kimi üzdüksə...

Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl TBMM-in yeni qanunvericilik ilinin açılışında partiyasının millət vəkillərinin prezident Rəcəb Tayyib Ərdoğanı qarşılamasından danışıb.
Sherg.az xəbər verir ki, CHP sədri Özgür Özəl jurnalistlərin gündəmlə bağlı suallarını cavablandırıb.

 CHP seçicilərini incitməyə çalışmadıqlarını ifadə edən Özəl, "Biz Ərdoğanın şəxsiyyətinə deyil, vəzifəsinə hörmətlə ayağa qalxdıq. Biz nə konstitusiya etmək, nə də koalisiya qurmaq üçün ayağa qaldıq. Bunun əvəzini mən  ödəyəcəm. Bunun hesabını verəcəm, kim incidisə, haqqını halal etsin” deyə bildirib.

Qeyd edək ki, AK Partiya, CHP, MHP, İYİ Partiya və Səadət Partiyası qrupundan olan millət vəkilləri prezident Ərdoğanı Baş Məclis salonuna daxil olarkən ayağa qalxaraq qarşıladılar.

Özəlin açıqlamalarından diqqət çəkən məqamlar belədir:

"Ərdoğana qarşı mübarizə aparırıq. Ən çox səs toplayan prezident seçilən şəxsin seçicilərinə hörmətlə ayağa qalxdıq. Biz bu hökuməti dəyişmək istəyirik. Biz Ərdoğanın şəxsiyyətinə deyil, mövqeyinə hörmət olaraq ayağa qalxdıq. Biz heç kimin nə etdiyini unutmuruq. Bizim Ərdoğanla konstitusiya və ya güzəştə getmək fikrimiz yoxdur. Biz alqışlamamışıqsa, heç nə etməmişiksə, nə itirmişik? Biz itirsək, mən itirirəm. Hesabını mən verəcəm. Bundan inciyən hər kəs bağışlansın”.