Prezident Ərdoğan Albaniyaya gedib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmi səfər etmək üçün “TUR” özəl təyyarəsi ilə Albaniya və Serbiyaya gedib. 

Sherg.az xəbər verir ki, oktyabrın 10-11-də baş tutacaq görüşlər zamanı ikitərəfli münasibətlərin bütün aspektlərinin nəzərdən keçirilməsi və müxtəlif sahələrdə mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində görüləcək işlərin müzakirəsi nəzərdə tutulur.