"Rusiya Prezidenti Vladimir Putinin Bakıda keçiriləcək iqlim konfransında iştirak edib-etməyəcəyi bəlli deyil".
Publika.az xəbər verir ki, bu barədə jurnalistlərə prezidentin mətbuat katibi Dmitri Peskov məlumat verib.
"Xeyr, hələ aydın deyil", - deyə D.Peskov verilən sualı cavablandırıb.
Qeyd edək ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası Tərəflərinin 29-cu Konfransı 11-22 noyabr 2024-cü il tarixlərində Bakıda keçiriləcək.
Bundan öncə COP29-da iştirak üçün Bakıya Putinin deyil, Baş nazir Mişustinin gələcəyi barədə məlumat yayılmışdı.