Əli Əsədov Müsəlman Ağsaqqalları Şurasının Baş katibi ilə görüşüb
10:49 06.11.2024
Gündəm
446
Azərbaycanın Baş naziri Əli Əsədov Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdülsalam ilə görüşüb.
Sherg.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən məlumat verilib.
Görüşdə COP29 çərçivəsində "Dünya dinləri yaşıl planet uğrunda" şüarı altında Bakıda keçirilən Dini Liderlərin Qlobal Sammitinin əhəmiyyəti vurğulanıb.
Qeyd edilib ki, Azərbaycanda dinlər, mədəniyyətlər və sivilizasiyalar arasında dialoqun inkişafı ilə bağlı mühüm tədbirlər keçirilir.
Multikulturalizm və tolerantlığın Azərbaycan cəmiyyətinin həyat tərzi olduğu bildirilərək fərqli etnik dəyərlərə, mədəniyyətlərə və dinlərə malik xalqların əsrlər boyu ölkəmizdə davam edən mehriban birgəyaşayışının bunu təsdiq etdiyi vurğulanıb.
Müasir dövrdə Azərbaycanda multikulturalizm və tolerantlığın dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildiyi diqqətə çatdırılıb.
2020-ci ildə işğaldan azad edilmiş Şuşa şəhərinin İslam dünyasının mədəniyyət paytaxtı elan olunması bütün İslam dünyası tərəfindən Azərbaycana göstərilən böyük dəstəyin təzahürü kimi qiymətləndirilib.
Müsəlman Ağsaqqalları Şurasının Azərbaycanın İslam həmrəyliyinə verdiyi mühüm töhfələri, həmçinin ölkəmizin iqlim dəyişiklikləri ilə mübarizə istiqamətində səylərini yüksək qiymətləndirdiyi bildirilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm