Rutte: Rusiyanın bu əməkdaşlığı Avropanı təhdid edir

NATO-nun baş katibi Mark Rutte bildirib ki, Rusiyanın Çin, Şimali Koreya və İranla artan iqtisadi və hərbi əməkdaşlığı Avropa, Hind-Sakit okean regionu və Şimali Amerikanı təhdid edir.

Axar.az xəbər verir ki, bu barədə "Röyters" məlumat yayıb.

Məlumata görə, Ruttenin bəyanatı ABŞ-ın növbəti administrasiyasına bir mesaj kimi görünür.

Qeyd olunur ki, Fransa Prezidenti Makronla danışıqlardan əvvəl çıxışı zamanı Rutte Şimali Koreya və İrandan Rusiyaya hərbi yardımın yaratdığı təhlükədən danışıb:

"Eyni zamanda, Çin Rusiyanın iqtisadiyyatını, müdafiə sənayesini və dünya səhnəsində sözünü gücləndirir.

Şimali Koreya, İran və Çinlə birlikdə işləyən Rusiya təkcə Avropanı təhdid etmir, sülh və təhlükəsizliyi təhdid edir, bəli, burada Avropada, həm də Hind-Sakit okean və Şimali Amerikada".