
Dünya ölkələri gördülər ki...
Yusif Nəzərli
06:15 22.11.2024
Siyasət
535
Bakı COP üçün ən uğurlu məkandır
İndidən qeyd edə bilərik ki, tədbir mühüm platforma kimi tarixdə yerini alacaq
Bakıda keçirilən COP29 tədbirinin müddəti uzadılıb. İlkin plana əsasən noyabrın 22-də yekunlaşmalı olan konfrans ayın 23-də də davam edəcək. Bu qərar tədbirin gündəliyindəki mühüm məsələlərin tam həll olunması və iştirakçı dövlətlərin fikir mübadiləsinin effektiv şəkildə davam etməsi üçün qəbul edilib. Xatırladaq ki, COP29 iqlim dəyişikliyi ilə bağlı qlobal problemlərin müzakirə edildiyi mühüm beynəlxalq platformadır. Tədbirdə dünya ölkələrinin nümayəndələri iştirak edir. Ötən gün COP29 prezidenti tərəfindən çağırılan “Qurultay” iclası keçirilib və bir çox sənədlərin layihələri müzakirə olunub. COP29 prezidenti Muxtar Babayev tədbirin başa çatmasının planlaşdırıldığını nəzərə çatdırıb, aparılan müzakirələr barədə məlumat verib. Platformanın baş danışıqçısı Yalçın Rəfiyev COP29 çərçivəsində bəzi çətin məsələlərlə bağlı irəliləyiş əldə edildiyini, artıq təkliflərin sadələşdirilmiş toplusunu hazırladıqlarını söyləyib. Liderlər COP29-un iqlim fəaliyyətinin bütün sahələrində aydın siqnallar göndərməli olduğunu vurğulayıblar, iqlim maliyyəsinin əhəmiyyətinə diqqət çəkiblər. Eyni zamanda bundan öncə keçirilən COP-larda qəbul edilən sənədlərdəki çatışmazlıqlardan söz açılıb. COP29-da qəbul ediləcək qərarlar nəticəsində inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələrin üzləşdikləri iqlimlə əlaqədar problemlərin həlli üçün iqlim maliyyəsi ayıracaqlarına inam ifadə olunub, müzakirəyə çıxarılan sənədlərlə bağlı təkliflər irəli sürülüb. Almaniya Xarici İşlər Nazirliyinin Beynəlxalq İqlim Fəaliyyəti üzrə Xüsusi Nümayəndəsi Cennifer Morqan sənədlərdə müəyyən edilmiş milli töhfələrdən razı qalmadıqlarını bildirib, sənədlərin Avropa İttifaqının narahatlıqlarını əhatə etməsini zəruri sayıb. BMT-nin baş katibi Antonio Quterreş də iqlim maliyyəsi məsələsində həqiqətə maksimum yaxınlaşacaqlarına inandıqlarını deyib. Bəyan edib ki, yekun razılığın əldə olunması üçün tərəflərin danışıqlara meyilli olması və mövqelərinə düzəlişlər etməsi vacibdir: "Biz inanırıq ki, heç bir ölkə bu danışıqlardan nəticəsiz ayrılmayacaq. Mən danışıqçı olmasam da hiss edirəm ki, ölkələr indiki halda öz mövqeyində qalıb. Yekun razılaşmanın əldə olunması üçün hər kəs gücünü birləşdirməli və səyləri artırmalıdır. Elmi mülahizələr də onu deməyə əsas verir ki, 1,5 dərəcəlik iqlim hədəfinə nail olunmaqdan başqa çıxış yolu yoxdur. Beləliklə, reallıq dəyişməz olaraq qalır. Yəni tərəflərin yekun sənədin müddəaları üzrə razılığa gəlməsi son dərəcə önəmlidir".
Millət vəkili Vüqar İsgəndərov "Sherg.az"a açıqlamasında deyib ki, COP29 tədbiri BMT-nin təşkil etdiyi dünyanın ən böyük, qlobal tədbirlərindən biridir. Deputat bildirib ki, COP29 yekunlaşmadan qonaqlar tərəfindən yüksək səviyyədə təşkil olunmuş tədbir kimi vurğulanması çox mühümdür:

"Fransanın beynəlxalq səviyyədə təşkil etdiyi anti-Azərbaycan və anti-COP29 qarayaxma kampaniyası fiaskoya uğradı. İndiyədək keçirilən COP-larla müqayisədə COP29 təşkilinə görə ən yüksək səviyyədə hazırlanmış tədbir hesan olunur. BMT-nin baş katibi Antonio Quterreşin tədbirin təşkilatçılığı və gedişatı barədə xoş sözlər söyləməsi də Azərbaycanın beynəlxalq aləmdə nüfuzlu ölkə kimi təsdiqinin təzahürüdür. Ölkəmiz çox mötəbər bir tədbirə uğurla ev sahibliyi etməkdədir. 70 mindən artıq insanın Azərbaycana gəlməsi, tədbir çərçivəsində qlobal əhəmiyyətli mühüm mövzularla bağlı panellərin təşkil edilməsi, vacib məsələlərin müzakirəsi, Fransa və digər Qərb ölkələrinin müstəmləkələrinin, dənizaşırı dövlətlərin səslərini ucaltması ölkəmizin nüfuzunu daha da artırır. XXI əsrdə belə iyrənc müstəmləkə siyasətinin yenidən gündəmə daşınması, keçirilən aksiyalar dünyanın diqqətini bu məsələyə yönəltdi. Fransa və onun təsiri altında olan qüvvələrin genişmiqyaslı anti-Azərbaycan təbliğatı COP29-un yüksək səviyyədə keçirilməsinə zərrə qədər də olsa mənfi təsir göstərə bilmədi. Dünya ölkələri də gördülər ki, Bakı COP üçün ən uğurlu məkan olub. İndidən qeyd edə bilərik ki, COP29 tədbiri dünyanın iqlim problemlərinin müzakirə ediliyi, vacib qərarların qəbul olunduğu mühüm platforma kimi tarixdə yerini alacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Avropada qazın qiyməti son üç ilin maksimumuna çatıb
23:30 08.09.2026
İqtisadiyyat
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət