Şoyqu: Rusiyanın nüvə çətiri ilk növbədə KTMT ölkələrinə şamil edilir
08:53 28.11.2024
Dünya
471
Yenilənmiş nüvə doktrinasına əsasən Rusiyanın nüvə çətiri ilk növbədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) daxil olan ölkələrə şamil edilir.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Astanada KTMT Xarici İşlər, Müdafiə Nazirləri Şurası və Təhlükəsizlik Şuraları Katibləri Komitəsinin birgə iclası çərçivəsində çıxışında bildirib.
“Əvvəla, demək istəyirəm ki, köhnə doktrina sizin dediyiniz kimi, bu çətiri, o cümlədən müttəfiqlərimizi də nəzərdə tuturdu. Bu aydın idi və dəqiq şəkildə qeyd olunmuşdu. Yeni doktrinaya gəlincə, təbii ki, söhbət ilk növbədə KTMT ölkələrindən gedir. Burada ayrı bir əlavə var ki, bu, Belarusa aiddir”, -RF Təhlükəsizlik Şurasının katibi qeyd edib.
Şoyqu xatırladıb ki, yeni doktrinada nüvə silahından istifadə meyarları indi Belarus adi silahlarla hücuma məruz qaldıqda və onun mövcudluğu təhlükə altında olduqda doktrinal olaraq müəyyən edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bərdədə piyadanı avtomobil vuraraq öldürüb
21:16 18.11.2026
Hadisə
Ölsəniz belə, sülh olacaq - Ararat Mirzoyan
21:04 18.11.2026
Cənubi Qafqaz
Milli Məclisin sədri Türkmənistana işgüzar səfərə gedib
20:52 18.11.2026
Siyasət
Paşinyanın ən çətin sınağı başlayır - Elçin Alıoğlu
20:31 18.11.2026
Gündəm
Putinlə Tramp arasında APEC sammitində danışıq baş tutmayıb
20:10 18.11.2026
Siyasət
ÜST-dən SOS - 6 addım 1,6 milyon insanın həyatını xilas edə bilər
19:58 18.11.2026
Aktual
Xosep Qvardiola Səudiyyə Ərəbistanında işləməkdən imtina edib
19:50 18.11.2026
Futbol
Lemmidən çağırış: Yenidən AB üzvü olmalıyıq!
19:42 18.11.2026
Dünya
ABŞ Qeşm adasında SEPAH-ın raket buraxılış məntəqəsini vurdu
19:28 18.11.2026
Gündəm
Əkrəm İmamoğluna iki il həbs cəzası verildi
19:12 18.11.2026
Aktual
KİV: Putin Çinə nüvə çantası ilə gedib
18:24 18.11.2026
Dünya
Sumqayıtda payız-qış mövsümü ilə bağlı müşavirə keçirilib
18:22 18.11.2026
Sosial
KİV: Putin Çinə nüvə çantası ilə gedib
18:09 18.11.2026
Dünya