
Millət vəkili: "Polşa qeyri-praqmatik davranışlar sərgiləyir"
10:25 28.11.2024
Siyasət
753
"Heç bir əsas olmadığı halda münasibətlərin korlanması kimə lazım idi?!"
"Əməkdaşlığımızın gələcək taleyi Polşa tərəfinin atdığı addımlardan asılı olacaq"
"Polşa prezidenti Andjey Dudanın İrəvan səfəri çərçivəsində Ermənistanla Azərbaycan arasında şərti sərhədə gəlməsi acı təəsüf hissi doğurur və qəbuledilməzdir".
Bu barədə "Sherg.az"a açıqlamasında Milli Məclisin üzvü Nəsib Məhəməliyev deyib.
Millət vəkili bildirib ki, Duda Ermənistanda məskunlaşmış Avropa İttifaqının nümayəndələri ilə görüşdükdən sonra “binokl şousunda” iştirak edib:

"Polşa ilə Azərbaycan arasında münasibətlər hər zaman qarşılıqlı hörmət əsasında qurulub. Quru yerdə, heç bir ciddi əsas olmadığı halda münasibətlərin korlanması kimə lazım idi?! Ermənilərə görə dəyərdimi?! Təbii ki, bu suallara mütləq cavab veriləcək. Fransa belə bir səhvə yol vermişdi, Azərbaycan kimi iqtisadi cəhətdən inkişaf etmiş müttəfiqini, logistik baxımdan Mərkəzi Asiya regionuna çıxış imkanını itirdi. İndi isə qabaqcadan edilən xəbərdarlıqlara baxmayaraq, Polşa qeyri-praqmatik davranışlar sərgiləyir. Polşanın Azərbaycandakı səfiri Xarici işlər nazirliyinə dəvət olunub və ona xəbərdarlıq edilib. Əməkdaşlığımızın gələcək taleyi Polşa tərəfinin atdığı addımlardan asılı olacaq. Azərbaycan Prezidenti İlham Əliyev istənilən ölkə ilə münasibətlərə açıq Liderdir. Kim dostluq üçün bir addım irəli atırsa, iki addım biz atırıq. Əks halda, münasibətimiz adekvat olur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bərdədə piyadanı avtomobil vuraraq öldürüb
21:16 18.11.2026
Hadisə
Ölsəniz belə, sülh olacaq - Ararat Mirzoyan
21:04 18.11.2026
Cənubi Qafqaz
Milli Məclisin sədri Türkmənistana işgüzar səfərə gedib
20:52 18.11.2026
Siyasət
Paşinyanın ən çətin sınağı başlayır - Elçin Alıoğlu
20:31 18.11.2026
Gündəm
Putinlə Tramp arasında APEC sammitində danışıq baş tutmayıb
20:10 18.11.2026
Siyasət
ÜST-dən SOS - 6 addım 1,6 milyon insanın həyatını xilas edə bilər
19:58 18.11.2026
Aktual
Xosep Qvardiola Səudiyyə Ərəbistanında işləməkdən imtina edib
19:50 18.11.2026
Futbol
Lemmidən çağırış: Yenidən AB üzvü olmalıyıq!
19:42 18.11.2026
Dünya
ABŞ Qeşm adasında SEPAH-ın raket buraxılış məntəqəsini vurdu
19:28 18.11.2026
Gündəm
Əkrəm İmamoğluna iki il həbs cəzası verildi
19:12 18.11.2026
Aktual
KİV: Putin Çinə nüvə çantası ilə gedib
18:24 18.11.2026
Dünya
Sumqayıtda payız-qış mövsümü ilə bağlı müşavirə keçirilib
18:22 18.11.2026
Sosial
KİV: Putin Çinə nüvə çantası ilə gedib
18:09 18.11.2026
Dünya