Ukrayna daha geniş səfərbərliyə dair "çətin qərar" qəbul etməlidir.
Sherg.az Nextatv-yə istinadən bildirir ki, bu barədə ABŞ Dövlət Katibi Antoni Blinken açıqlama verib. "Bütün pul və texnikaya baxmayaraq, döyüş meydanında əsgərlərə ehtiyac var. Biz bu əsgərlərə təlim keçməyi və lazımi avadanlıqla təmin etməyi hədəfləyəcəyik", - Blinken bildirib.
Qeyd edək ki, daha əvvəl Reuters xəbər vermişdi ki, ABŞ Ukraynanı çağırış yaşını 25-dən 18-ə endirməyə çağırıb.