AP sədri Roberta Metzola Zurabişvili ilə danışıb

Avropa Parlamentinin sədri Roberta Metzola Gürcüstan Prezidenti Salome Zurabişvili ilə telefon danışığı aparıb.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Roberta Metzola sosial şəbəkədə paylaşım edib.

“Mən indilərdə prezident Salome Zurabişvili ilə danışdım. Biz gürcü xalqının Avropa istəklərini bilirik, Avropa Birliyinin dalğalanan bayraqlarını görürük, sizi eşidirik. Avropa Parlamenti Gürcüstanın Avropa gələcəyini dəstəkləməyə sadiq qalır” - deyə Roberta Metzola yazıb.