Ukrayna Prezidenti Volodimir Zelenski Fransada gürcüstanlı həmkarı Salome Zurabişvili ilə görüşüb.
APA xəbər verir ki, bu barədə ukraynalı lider "X" səhifəsində paylaşım edib.
"Ukrayna indi öz layiqli gələcəyini müdafiə edən gürcü xalqını dəstəkləyir və onunla həmrəydir. Həmişə insanların fikrinə hörmət etmək və İvanişvili hökumətinin ölkəni Putinə təslim etməsinə imkan verməmək vacibdir. Bu, Rusiyanın Qara dəniz regionunda qurmaq istədiyi nəzarət məsələsidir. Bu, regionda və Avropada hər kəsin milli təhlükəsizliyinə təhdiddir.", - Zelenski qeyd edib.