Putin Əsədlə nə vaxt görüşəcək? - Peskovdan açıqlama
10:29 09.12.2024
Gündəm
457
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib ki, Vladimir Putinin rəsmi proqramına ailəsi ilə birlikdə Moskvaya gələn Suriyanın keçmiş rəhbəri Bəşər Əsədlə görüş hələlik yer almayıb.
O qeyd edib ki, belə şəxslərə Rusiyada sığınacaq verilməsi ilə bağlı qərarlar dövlət başçısı olmadan qəbul oluna bilməz.
"Cənab Əsədin harada olduğu barədə deyiləcək heç nə yoxdur", - Peskov əlavə edib.
Sherg.az xəbər verir ki, Peskov əlavə şərhlərdən imtina edib.
Dekabrın 8-nə keçən gecə müxalifət qrupları Dəməşqi ələ keçirib. “Reuters”in verdiyi məlumata görə, Suriya ordusu komandanlığı prezident Bəşər Əsədin hakimiyyətinin “bitdiyini” açıqlayıb.
Rusiya Xarici İşlər Nazirliyi Əsədin dövlət başçısı postunu tərk etmək qərarına gəldiyini və “hakimiyyətin sülh yolu ilə ötürülməsi üçün göstərişlər verərək” Suriyanı tərk etdiyini bildirib. Daha sonra TASS-ın Kremldəki mənbəsi bildirib ki, Əsəd ailə üzvləri ilə birlikdə Moskvaya gəlib, Rusiya onlara “humanitar səbəblərə görə” sığınacaq verib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi