Suriya hökuməti istefa verməyə hazırdır

Respublika prezidenti Bəşər Əsədə tabe olan Suriya hökuməti istefa verməyə hazırdır.

APA xəbər verir ki, bu barədə ölkənin Baş naziri Məhəmməd Qazi Əl-Cəlali “Al Arabiya”ya bildirib.

Onun sözlərinə görə, hakimiyyətə gələn müxalifətlə danışıqlar davam edir.

“Bizdən tələb olunan kimi səlahiyyətlərimizi ötürməyə hazırıq”, - Qazi Əl-Cəlali vurğulayıb.