
Nikolun fikirləri Qarabağı Azərbaycan ərazisi kimi tanımasının göstəricisidir -Analitik
Yusif Nəzərli
07:48 02.01.2025
Siyasət
541
“Real Ermənistan” bizim sülh gündəliyinin konseptual, ideoloji əsası və əsaslandırmasıdır. “Real Ermənistan” ideologiyası olmadan sülh gündəliyinin həyata keçirilməsi mümkün deyil.
Bu fikirləri Ermənistanın Baş naziri Nikol Paşinyan vətəndaşlara Yeni il müraciəti zamanı səsləndirib.
Paşinyan sözügedən ideologiyanı ölkə siyasətinin əsası kimi qələmə verib.
Bunu ölkənin və dünya gündəminin əsası üçün “dönüş nöqtəsi” adlandıran baş nazir ideologiya çərçivəsində Ermənistanın hərəkət və sözlərinə diqqət yetirilməsinin vacib olduğunu deyib.
Qeyd edək ki, Nikol Paşinyan bundan əvvəl Feysbukdakı səhifəsində bildirmişdi ki, danışıqların yalnız bir nəticəsi ola bilərdi - Qarabağın faktiki olaraq Azərbaycana qaytarılması:
"Beləliklə, 1994-cü ildən, yəni atəşkəs başlayandan sonra Qarabağın Azərbaycana qaytarılması ətrafında danışıqlar prosesi gedirdi. Yəni danışıqların yalnız bir nəticəsi ola bilərdi: Qarabağın faktiki olaraq Azərbaycana qaytarılması.
Biz bunu etmədik və yuxarıda göstərilən danışıqlar prosesini əvvəlcədən müəyyənləşdirən beynəlxalq ictimaiyyət müharibəyə belə ciddi müqavimət göstərmədi. Reallıq budur, əziz xalqım".
Cross Media Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü "Sherg.az"a bildirib ki, Paşinyanın bu fikirləri Ermənistan cəmiyyətini, xüsusən radikal qrupları (daşnaksütun, kilsə, xaricdəki erməni diasporu) ayıltmaq məqsədi daşıyır:

"Ermənistan Baş nazirinin zaman-zaman bu cür fikirləri ilə qarşılaşırıq. Bu o deməkdir ki, Paşinyan özü də həqiqətləri qəbul, bir sıra məqamları isə etiraf etməkdədir. Bundan başqa Nikolun fikirləri növbəti dəfə Qarabağın Azərbaycanın ərazisi kimi tanınmasının göstəricisidir. Bunu müsbət qiymətləndirirəm. Digər tərəfdən bundan sonra real addımlar atılmalıdır. Yalnız bəyanatlar verməklə kifayətlənmək olmaz. Ermənistan çalışmalıdır ki, sülh gündəliyini irəli aparmaq üçün cəhdlər göstərilsin. Bunun üçün də Azərbaycanın irəli sürdüyü şərt və təkliflər icra edilməlidir. Əgər Ermənistan Prezident İlham Əliyevin tələbləri ilə razılaşıb hərəkət edərsə, bu məsələlərin sözdə deyil, əməldə gerçəkləşməsinin şahidi olarıq. Məhz vacib olan da elə budur. Ümumilikdə isə Nikolun fikirləri müsbətdir, davamını isə atdığı addımlarda görmək istəyirik".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Böyük sinəli qadınlarda bu təhlükəli vəziyyət ola bilər
02:32 02.09.2026
Sağlamlıq
SEPAH: ABŞ-nin MQ9 PUA-sı zərərsizləşdirilib
01:58 02.09.2026
Region
SEPAH: İordaniyadakı ABŞ bazası ballistik raketlərlə vurulub
01:21 02.09.2026
Son dəqiqə
Putindən Ermənistana: İstəsəniz, sabah oradan çıxa bilərik!
00:59 02.09.2026
Region
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol