KİV: Meksika miqrantlara görə böhranla üzləşə bilər
Yusif Nəzərli
18:07 05.01.2025
Dünya
450
Meksikanın ABŞ-dan Donald Trampın başçılıq etdiyi növbəti Amerika administrasiyası tərəfindən deportasiya oluna biləcək bütün miqrantları qəbul etmək imkanı yoxdur və ölkə humanitar böhranla üzləşə bilər.
“Report” xəbər verir ki, bu barədə “El Universal” nəşrinə miqrasiya sahəsində müsahibə verən meksikalı ekspertlər bildiriblər.
Meksika Milli Muxtar Universitetinin inkişaf tədqiqatları proqramının əməkdaşı Kristina Hernandes bildirib ki, Meksikanın miqrantların yerləşdirilməsi və sosial müdafiəsini təmin etmək imkanı yoxdur:
“2018-ci ildən bəri şahidi olduğumuz miqrasiya böhranı daha da pisləşəcək. Proqnozlar həqiqətən dağıdıcıdır, çünki Meksikanın miqrantlara sağlamlıq xidmətləri və ya psixoloji dəstək göstərmək kimi təcili yardım göstərmək üçün resursları yoxdur, biz humanitar böhranla üzləşəcəyik”.
Nəşrin hesablamalarına görə, Tramp hökuməti 2025-ci ildə yarım milyona yaxın meksikalını deportasiya edə bilər. Lakin onların Meksika hökumətinin çoxsaylı sosial proqramlarında iştirak etmək üçün lazım olan sənədləri olmadığından ölkəyə qayıtmaları ciddi çətinliklərlə üzləşəcək.
Öz növbəsində, Miqrant Gücü ictimai hərəkatının baş katibi Avelino Mesa bildirib ki, Trampın miqrasiya ilə mübarizədə gözlədiyi tədbirlər ABŞ-ın özündə qorxu və xaos mühiti yarada bilər. Nəticədə, hazırda Meksikada ABŞ-a getmək ümidi olan yüz minlərlə miqrant Latın Amerikası ölkəsində qalacaq.
Deportasiyalarla bağlı ekspert qeyd edib ki, Amerika rəsmiləri tərəfindən artıq saxlanılan və deportasiyasını gözləyənlər əvvəlcə ABŞ-dan deportasiya oluna bilər. O vurğulayıb ki, Meksika hökuməti deportasiya qərarlarına məhkəmədə etiraz etməyə diqqət yetirməlidir.
“İkinci mərhələdə, hazırda azadlıqda olan, lakin artıq deportasiya qərarı çıxarılan şəxslər deportasiya oluna bilər. Hakimiyyət onları axtarmağa, saxlamağa və ekspress sxemlə deportasiya etməyə başlayacaq. Üçüncü mərhələdə, biz kütləvi antimiqrasiya reydləri gözləyə bilərik. Hazırda ABŞ-nin immiqrasiya qanunu bu növ deportasiyaya icazə vermir. Əgər miqrantlar saxlanılarsa, onların deportasiya qərarına etiraz etmək hüququ var”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Uşağa qulluğa görə müavinət hüququ... - Yeni qayda
17:44 17.11.2026
Sosial
İranda üç etirazçı edama məhkum edildi
17:26 17.11.2026
Dünya
Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək
17:24 17.11.2026
İqtisadiyyat
Britaniya TRIPP-in təhlükəsizliyinə töhfə verə bilər - ŞƏRH
17:18 17.11.2026
Aktual
Ehtiyac meyarı ilə bağlı qanun layihəsi ilk oxunuşdan keçdi
17:09 17.11.2026
Sosial
Nazim İbrahimovun yeni fotosu heyrətləndirdi - FOTO
16:58 17.11.2026
Cəmiyyət
Əmək haqqı ödənişləri elektronlaşdırılacaq
16:55 17.11.2026
Sosial
Gələn il üçün ehtiyac meyarı 314 manat olacaq
16:23 17.11.2026
Sosial
Qərb Ermənistanı Rusiya ilə üz-üzə qoya bilər - Politoloq
16:12 17.11.2026
Gündəm
Rusiyada internet kəsilib
16:06 17.11.2026
Dünya
Tramp İrana sərt xəbərdarlıq edib
15:45 17.11.2026
Dünya
Ölkə üzrə birdəfəlik sosial müavinətlərin ödənişi yekunlaşdırılıb
14:57 17.11.2026
Sosial
Yazıçılar Birliyinin üzvü 3-cü mərtəbədən yıxıldı
14:49 17.11.2026
Hadisə
Naxçıvanda payızlıq taxıl əkini 2 dəfəyə yaxın artıb
14:20 17.11.2026
İqtisadiyyat
Azərbaycanda bu müəllimlərə kirayə və yol pulu veriləcək
14:15 17.11.2026
Elm və Təhsil