CHP İmralı heyəti ilə görüşə bilər, Özəl konkret tarix açıqlamayıb

"Şəhid ailələri və qazilərin "hə" demədiyi heç bir şeyə "hə" deməyəcəyik" 

Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Özgür Özəl terror təşkilatının lideri Abdullah Öcalanla görüşə gedən Xalqların Bərabərlik və Demokratiya Partiyasının (DEM Partiyası) nümayəndə heyəti ilə görüş üçün dəqiq tarix açıqlamayıb. "Şəhid ailələri və qazilərin "hə" demədiyi heç bir şeyə "hə" deməyəcəyik" deyə bildirib.

Sherg.az xəbər verir ki, DEM Partiyasının üzvləri Pervin Buldan, Əhməd Türk və Sırrı Süreyya Öndər cümə axşamı TBMM-də TBMM sədri Numan Kurtulmuş və MHP sədri Dövlət Baxçalı ilə görüşüb. DEM Partiyasının nümayəndə heyətinin səfərlərini bu həftə davam etdirməsi və bu çərçivədə CHP ilə görüş keçirməsi gözlənilir.

Sarıqamış proqramı üçün Ərzurumda olan CHP sədri Özəl DEM Partiyasının nümayəndə heyəti ilə görüşlə bağlı suala belə cavab verib: "Dostlarımızla bu məsələni ətraflı şəkildə qiymətləndiririk. MYK toplantısından əvvəl belə bir şey deyə bilmərəm. Həmçinin, belə bir toplantının olub-olmayacağı, hansı səviyyədə baş tutacağı və ya bir partiyanın sədrinin bu danışıqları aparmamasının bu prosesı necə təsir edəcəyini dostlarımızla birlikdə qiymətləndirəcəyik”.

CHP lideri, "MYK toplantısında vəziyyəti dəyərləndirəcəyik. Amma kimsə belə mövzuda "bəy, qoy bütün partiya liderləri bunu müzakirə etsin, amma bir partiyanın başqanı başqa cür mövqe tutsun" flan deyə bilməz. Bu məsələni siyasi strategiyaya çevirmək olardı. Bu da doğru olmaz"-deyə vurğulayıb.

Özəl DEM Partiyası heyətinin İmralıda PKK lideri Öcalanla görüşü ilə bağlı da açıqlamalar verib.

"Məsələnin mahiyyəti budur: Məclisin kənarda qalmamasını, şəffaf və səmimi şəkildə davam etməsini və ictimai konsensusun əldə edilməsini tövsiyə edirik" deyən Özəl əlavə edib: "Bizim üçün ictimai konsensusun ən mühüm təməl daşı Şəhid və qazi ailələridir, burada şəhid atalarının, qazilərin gözü bir dünyadır. Şəhid ailələrinin və qazilərin “hə” demədiyi heç bir şeyə “hə” deməyəcəyik”.