Dəvətsiz qonaq: “Putin Şimali Koreyaya qaça bilər”

Ukraynanın Kursk cəbhəsindəki  irəliləyişləri ilə son günlər yenidən alovlanan müharibə özü ilə yeni suallar da gətirib. 
Sherg.az xəbər verir ki, Britaniyanın “The Telegraph” qəzetinin yazdığına görə, müharibə Rusiya üçün mənfi nəticələnərsə, Rusiya lideri Vladimir Putinin ilk dayanacağı yerin hara olacağı aydındır. Suriyada ard-arda baş verən hadisələr, Putinin sağ əllərindən birinin evinin qarşısında öldürülməsi və Rusiya qazının qarşısına qoyulan yeni maneələr Putini sağ qalma rejiminə keçirib. İddia olunur ki, Putin yaxın dostu Kim Çen Inın himayəsi altında Şimali Koreyadakı lüks villasına çəkilə bilər.

Yeni il Ukrayna prezidenti Vladimir Zelenskiyə Putindən daha çox ümid verdi.

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın vəzifəyə başlamasına həftələr qalıb, Kiyev Kursk bölgəsində əhəmiyyətli irəliləyiş əldə edir.

Kursk, 1943-cü ildə Hitler üçün olduğu kimi, 2025-ci ildə də Putin üçün sonun başlanğıcı ola bilər. 


Putin Suriyada baş verən son hadisələrdən sonra alçaldılıb və mühüm rus generalı evinin qarşısında öldürüldükdən sonra onun səlahiyyəti sual altına düşüb.

Bütün bunlarla yanaşı, Ukrayna ordusu Rusiyanın heç vaxt geri ala bilmədiyi Kursk bölgəsində irəliləyir.

Britaniyanın “The Telegraph” qəzetinin yazdığına görə, Putin vəziyyətdən çıxmaq üçün ümidsizcəsinə ən etibarlı generallarından birini bölgəyə göndərir.

Görünür, Rusiyanın kifayət qədər generalı var, amma Ukraynanın son irəliləyişini dayandıracaq hərbi texnika yoxdur. Bu vəziyyət Kiyevə böyük ümid verir.

Rusiya lideri Suriyada baş verən hadisələrdən, onun sağ əli general İqor Kirillovun öldürülməsindən və Ukraynanın Rusiyanın öz ərazisindən keçməklə Avropaya qaz sata biləcəyi sonuncu marşrutu bağlamaq qərarından sonra “sağ qalma rejimində”dir.

Putin uğursuz Rusiya liderlərinin taleyini bilir. O, nəhayət yaxın dostu Kim Çen Inın himayəsi altında Şimali Koreyadakı villasına çəkiləndə onun əzəli düşməni Zelenski hələ də hakimiyyətdə ola bilər.

Müharibə Rusiya üçün mənfi nəticələnərsə, Rusiya liderinin ilk dayanacağının hara olacağı aydındır.

Ukraynanın hesablamalarına görə, döyüşlərdə Rusiyaya dəstək üçün göndərilən yüzlərlə Şimali Koreya əsgəri həlak olub.

Ukrayna, Kursk vilayətində Rusiyanın əsas komanda və idarəetmə mərkəzini vuraraq məhv etdiyini bildirib.