Tramp həlli tapıb: Ukrayna münaqişəsi 100 gün ərzində bitəcək
08:18 22.01.2025
Gündəm
668
ABŞ-nin yeni prezidenti Donald Tramp Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloqa Ukrayna münaqişəsini 100 gün ərzində həll etməyi tapşırıb.
Sherg.az xəbər verir ki, bu barədə "Vall Street Journal" (WSJ) öz mənbələrinə istinadən yazır.
“Tramp Kelloqa Ukraynadakı münaqişəni 100 gün ərzində həll etməyi tapşırıb. Demək olar ki, heç kim bunu edə biləcəyini düşünmür (...). Daha doğrusu, onun xüsusi nümayəndə kimi təyin olunmasının Trampın şəxsən nəzarət etmək niyyətində olduğu sülh danışıqlarının başlanması istiqamətində ilk addım olduğunu deyirlər”, - nəşr yazır.
Məqalə müəlliflərinin qeyd etdiyi kimi, Kelloq Trampa Ukrayna böhranının həlli üçün mümkün danışıqlar barədə məsləhət verəcək, lakin “Amerika liderinin məsləhətə ehtiyacı olub-olmadığı hələ aydın deyil”.
Qeyd edək ki, daha əvvəl Tramp bildirib ki, Rusiya Ukraynadakı münaqişənin həlli ilə bağlı sazişi qəbul etməkdən imtina edərsə, böyük problemlərlə üzləşəcək. Eyni zamanda Tramp vurğulayıb ki, o, Rusiya lideri Putinlə Ukrayna münaqişəsinin tezliklə həlli ilə bağlı “danışıqları təşkil etdikdən sonra” görüşməyi planlaşdırır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kiyevdə partlayışlar baş verdi
21:25 08.08.2026
Dünya
Xocavənd rayonunda mina partlayışı baş verib
20:57 08.08.2026
Hadisə
İlham Əliyev Donald Trampa məktub ünavlayıb
20:42 08.08.2026
Gündəm
Dalğa Putinə qarşı çevrilir: Boğulan adamdan ehtiyat edin
20:19 08.08.2026
Gündəm
Pezeşkian: İran dialoqa hazırdır, lakin güzəştə getməyəcək
20:02 08.08.2026
Gündəm
İlham Əliyev G20-yə dəvətə görə ABŞ Prezidentinə təşəkkür edib
19:54 08.08.2026
Gündəm
Prezident İlham Əliyevlə Tramp arasında telefon danışığı olub
19:37 08.08.2026
Gündəm
Onlar regionu tərk etməlidir - Vilayəti
17:48 08.08.2026
Dünya
41 dərəcə isti: Nazirlikdən əhaliyə xəbərdarlıq
17:29 08.08.2026
Ekologiya
Paşinyan Əliyevə zəng etməsindən danışdı
16:52 08.08.2026
Gündəm
ABŞ Azərbaycanın sülh gündəliyinə güclü dəstək verdi – ŞƏRH
16:23 08.08.2026
Gündəm
“Barselona” Arauxonu “Liverpul”a göndərir
15:45 08.08.2026
Futbol
Türkiyə Qara dənizdə gəmilərin keçidini məhdudlaşdırır
15:37 08.08.2026
Dünya