
AİB sədri: Əslində eşşək, pişik və it ətinin də satılmasında qadağa yoxdur
10:13 20.02.2025
Cəmiyyət
373
Bakıda ayı, dovşan, maral ətindən hazırlanan məhsullar satılır.
ATV xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları plandankənar yoxlama zamanı paytaxtın Nərimanov rayonundakı mağazaların birində ayı, dovşan, maral ətindən hazırlanmış konservlər aşkarlayıblar.
Mağaza sahibi isə AQTA-nın əməkdaşlarını görüb, dükanı bağlayaraq ərazidən uzaqlaşıb.
Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov "Sherg.az"a bildirib ki, Azərbaycanda heç bir ətin satışına qadağa yoxdur:

“Yalnız tələb ondan ibarətdir ki, satan şəxs yazsın ki, bu hansı heyvanın ətidir. Mən bu vəziyyəti anormal hesab edirəm. Yəni əslində eşşək, pişik və it ətinin də satılmasında qadağa yoxdur. Mütləq qida təhlükəsizliyi haqqında qanunda və yaxud da Nazirlər Kabinetinin qərarında Azərbaycanda istifadə olunmayan və yeyilməyən ətlərin siyahısı olmalıdır. Azad İstehlakçılar Birliyində bir kitab var və 1963-cü ildə dərc olunub. Həmin kitab 15 SSRİ respublikaları arasında, o cümlədən SSRİ-nin təsiri altında olan Avropa dövlətlərində ətlərin qiymətləri, adları barədə məlumatlarqeyd edilib. Tək Azərbaycanda eşşək əti yeməli hesab olunurdu. Sonra biz öyrəndik ki, o vaxt bunu ermənilər yaradıb. Yəni bizi vəhşi bir xalq kimi SSRİ vaxtından təqdim edirlər. Ona görə də mütləq qadağan olunan və yaxud yeyilməyən ətlər barədə müəyyən qərar olmalıdır. Çox təəssüf ki, bu yoxdur və istənilən əti satmaq heç bir cinayət məsuliyyəti törətmir. Azərbaycanda müxtəlif ətlər satılır. Hətta ölkəmizdə ilk dovşançılıq təsərrüfatı var və Salyan rayonundadır. Onlar çox mükəmməl bir təsərrüfatdır. Dovşan ətinin xeyirli olmasını təbliğ edirlər. Məndə olan məlumata görə, Bakının marketlərinə çıxarılır, və üzərində də qeyd edilir ki, bu dovşan ətidir. Lakin ayı və eşşək əti yeyilməyib. Ancaq maral əti yeyilən ət hesab olunur, yəni haram hesab olunmur. Bu normaldır və istehlakçıların seçim hüququ var. Bu şərtlə ki, Qida Təhlükəsizliyi Agentliyi orada yoxlama aparmalı, malın təhlükəsizliyi təmin olunmalı və daha sonra bazara çıxarıla bilər. Əgər Qida Təhlükəsizliyi Agentliyinin icazəsi varsa, deməli təhlükəsizdir. Ümumiyyətlə, təhlükəsiz qida nədir deyə axtarsanız onun cavabını tapmayacaqsınız. Ancaq qida təhlükəsizliyinin cavabını tapacaqsınız”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qaz kəməri Ermənistandan keçəcək - Paşinyan
01:19 28.05.2026
Cənubi Qafqaz
28 May – Respublika Günü qeyd olunur
00:10 28.05.2026
Tarix
Burak Aydın: SEPAH biz asan tikə deyilik mesajı verir
23:49 27.05.2026
Region
Ərdoğan Trampla bu tarixdə və bu şəhərdə görüşmək istəyir
22:27 27.05.2026
Dünya
Kişilərdə xərçəngdən ölüm halları artacaq - ARAŞDIRMA
21:31 27.05.2026
Sağlamlıq
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət