
Simonyan yalan danışır: Ermənistan Azərbaycana qarşı hər zaman ərazi iddiası ilə çıxış edib
13:32 04.03.2025
Siyasət
558
Hazırda eskalasiya riski var, lakin bu mövzuda mümkün səbəb və fürsətlərin qarşısının alınması üçün hər şey edilməlidir. Bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərə açıqlamasında deyib. O, Ermənistanın ərazi iddiasının olmadığını bildirib: “İrəvan öz öhdəlikləri və razılaşmalarına ciddi şəkildə əməl olunmasına diqqət edir. Eskalasiya riski var, lakin bunun üçün səbəb və imkan yoxdur, olmamalıdır. Biz hər an hər şeyin ola biləcəyinə dair mənfi fərziyələr üzərindən çıxış etməliyik. Heç bir şeyi istisna etməməliyik, əmin olmamalıyıq. Proseslər o qədər sürətlə inkişaf edir ki, yaxın günlərdə çox maraqlı hadisələr ola bilər. Bu, davamlı bir prosesdir”. Qeyd edək ki, A.Simonyan “yaxın günlərdə çox maraqlı hadisələr ola bilər” deyərkən konkret nəyi nəzərdə tutduğuna aydınlıq gətirməyib.
Hərbi ekspert Emil Həsənli “Sherg.az”a söyləyib ki, Ermənistan Azərbaycana qarşı hər zaman ərazi iddiası ilə çıxış edib:

“Erməniləri 1828-ci ildə imzalanan Türkmənçay müqaviləsindən sonra bu ərazilərə Çar Rusiyası gətirib. Həmin vaxtdan bəri ermənilər işğal, soyqrım və terrorla məşğul olublar. Onlar beynəlxalq hüquqa zidd olan bütün cinayətləri törədiblər. Sovet və Çar Rusiyasi dövründə baş verənlər, 1918-1920-ci illər və 1948-1953-cü illərdə azərbaycanlıların köçrülməsi və 1988-ci il hadisələri buraya nümunədir. Baş verən bütün hadisələri Arayik Harutyunyan başda olmaqla onlar məhkəmədə dilə gətirirlər. Əgər Ermənistan belə fikirlər səsləndirirsə, niyə hərbi büdcəsini rekord həddə böyüdüb, Hindistan və Fransadan hücum silahlar alır? Tramp hakimiyyətə gəldikdən sonra Ukrayna və Ermənistana münasibəti dəyişib. Tramp artıq xərclərdən yaxa qurtarmağa çalışır və real siyasət aparmağa can atır. Ermənistan isə Ukraynaya olan münasibətin ona qarşı olacağı ehtimalından narahatdır. Ona görə də bölgədə münasibətləri yaxşılaşdırmağa cəhd göstərir. Ermənistan başa düşməlidir ki, 30 il ərzində nə işğalı reallaşdıra, nə də dırnaqarası rejimi özünə birləşdirə bildi. Ermənistanın nicat yolu Azərbaycanla normal əlaqələr qurmaqdan keçir. Ermənistanın Azərbaycanla əlaqələrinin yaxşılaşması Türkiyəylə də münasibətlərinin normallaçması deməkdir. Əks halda Ermənistanın bölgədə mövcudluğu sual altında qalacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
SEPAH Fars körfəzində supertankerin batırıldığını açıqlayıb
22:19 15.11.2026
Gündəm
ABŞ-də uçuşların noyabrın 16-da normallaşacağı proqnozlaşdırılır
21:03 15.11.2026
Gündəm
İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
20:08 15.11.2026
Rəsmi
İran ilk termonüvə sintezi qurğusunu işə salmağa hazırlaşır
19:50 15.11.2026
Region
Azərbaycanda küləyin sürəti 27 m/s-dək güclənib - FAKTİKİ HAVA
19:31 15.11.2026
Ekologiya
Türkiyənin "Qaziantep" klubu baş məşqçi Volkan Dəmirəllə anlaşıb
19:08 15.11.2026
Futbol
Ağstafada sursat partladı: ölən və yaralanan var
18:10 15.11.2026
Hadisə
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət