Hakan Fidan Azərbaycanla bağlı məqama toxundu

Türkiyənin xarici işlər naziri Hakan Fidan müsahibəsində Azərbaycanla bağlı məqama da toxunub.

Teleqraf xəbər verir ki, nazir “24 TV”yə müsahibəsində İsrail və Türkiyənin Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar aparmasına münasibət bildirib.

Onun sözlərinə görə, tərəflər arasında gərginlik qısa müddətdə yoluna qoyula bilməz: “Belə məsələlər bir-iki görüşlə həll olunmur. Bu istiqamətdə diplomatik səylərimiz davam edir. Müəyyən səviyyədə gərginliyin azaldılması mexanizminin yaradılması istifadə olunan diplomatik üsullardan biridir.

İsrail Suriyanın daxili işlərinə müdaxilə edir. Qəzza bölgəsində baş verənlər də göz önündədir. Türkiyə İsrailin belə addımlar atmasına müşahidəçi mövqeyindən baxmayacaq”.