
Bahalı biletlər və itirilən imkanlar -Azərbaycanın turizm dilemması
Yusif Nəzərli
10:58 11.05.2025
İqtisadiyyat
530
2025-ci ilin ilk rübündə Azərbaycana gələn turistlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,1% azalaraq 508 min nəfərə düşüb. Bu, ölkənin turizm sektorunda müəyyən durğunluğun və ya çatışmazlıqların mövcud olduğunu göstərir. Turist sayında azalma bir sıra amillərlə – vizaların verilməsində çətinliklər, təbliğatın zəifliyi, regional rəqabətin artması və ya daxili infrastruktur problemləri ilə izah oluna bilər.
Eyni dövrdə qonşu Gürcüstana gələn turistlərin sayı isə 1,2% artaraq 1,3 milyon nəfərə çatıb. Gürcüstanın turizm sahəsində apardığı fəal siyasət, xidmət keyfiyyəti, liberal viza rejimi və beynəlxalq bazarlarda aktiv təbliğatı nəticə etibarilə müsbət dinamika ilə özünü göstərib. Bütövlükdə, 2025-ci ilin ilk üç ayı ərzində Gürcüstana Azərbaycandan 2,5 dəfə çox turistin gəlməsi ölkələr arasındakı turizm potensialının reallaşdırılmasında ciddi fərqin olduğunu ortaya qoyur. Bu göstərici Azərbaycanda turizm sahəsində strategiyaların yenidən nəzərdən keçirilməsinin vacibliyinə işarə edir.
Mövcud durumu "Sherg.az"a şərh edən iqtisadçı- ekspert Natiq Cəfərli bildirib ki, turizmin inkişafı üçün açıq quru sərhədləri əsas şərtlərdən biridir:

"Quru sərhədləri bağlı olan ölkə turizmi inkişaf etdirə bilməz – bu aksiomdur. Amma Azərbaycanın problemi təkcə bununla bitmir. Qiymət və keyfiyyət tarazlığı yoxdur, hekayə quruculuğu yoxdur."
Ekspertin fikrincə, Azərbaycan öz turizm potensialını beynəlxalq auditoriyaya düzgün təqdim edə bilmir. İqtisadçı bu fikrini Qobustan misalı ilə əsaslandırıb:
"İstənilən başqa ölkədə Qobustan kimi bir tarixi məkan olsaydı, ətrafında ciddi hekayə qurulardı və bütün dünya ora maraq göstərərdi. Qobustan hekayə quruculuğu üçün ideal yerdir – hər cür imkan var. Gürcüstan 2014-cü ildə elan etdi ki, 8 min il əvvəl onların ərazisində şərab istehsal olunub. İndi həmin kəndlərə – Şulaveri və Qadaçreliyə – ildə 400 min turist gəlir."N.Cəfərlinin sözlərinə görə, Azərbaycanda bu cür imkanlardan səmərəli istifadə olunmaması ilə yanaşı, son günlərdə atılan bəzi addımlar da narahatlıq doğurur:
"8 may 2025-ci il tarixindən etibarən Qobustan Qoruğuna giriş biletlərinin qiyməti əhəmiyyətli dərəcədə artırılıb. Əvvəllər yerli ziyarətçilər üçün 4, əcnəbilər üçün 10, tələbələr üçün 1, məktəblilər üçün isə 0.40 manat olan qiymətlər müvafiq olaraq 7, 20, 3 və 2 manata yüksəldilib. Turistlər üçün muzeylərə, qoruqlara baha qiymət tətbiqi bir çox ölkələrdə mövcuddur, bu başadüşüləndir. Amma bu addım yalnız məkanın PR-ı düzgün qurulduqdan sonra atıla bilər. Məsələn, Türkiyədə "Aya Sofya"nı tanımayan yoxdur – orada qiymət fərqi anlaşılandır. Amma biz Qobustanı hələ dünyaya tanıda bilməmişik ki, qiymətləri artırırıq."
Ekspert eyni zamanda məktəblilər və tələbələr üçün də bilet qiymətlərinin artırılmasını yanlış addım hesab edir:
"Türkiyədə məktəblilər üçün muzeylər çox vaxt pulsuzdur. Bu, hekayə quruculuğunun bir hissəsidir. Gənclər dünyaya daha açıqdır və xarici həmyaşıdları ilə əlaqə quraraq ölkənin turizm təbliğatçısına çevrilirlər. Bütün bu faktorlar onu göstərir ki, Azərbaycanda turizm sektorunun inkişafı üçün təkcə infrastruktur və təbii mənbələr kifayət etmir. Turizm strategiyasının yenilənməsi, səmərəli təbliğat, rəqabətədavamlı qiymət siyasəti və yerli auditoriyanın cəlb edilməsi üçün uzunmüddətli və peşəkar yanaşma tələb olunur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiyada bloger Hüseyn Həsənova 4 il qiyabi hökm oxunub
15:25 04.08.2026
Hadisə
Bəzi rayonlarda sabah qaz olmayacaq
14:44 04.08.2026
İnfrastruktur
Xəstəxanaya getmədən pulsuz tibbi xidmət almaq mümkün olacaq
14:28 04.08.2026
Sağlamlıq
Göz yaşının sirri açıqlandı: İnsan üç fərqli növ göz yaşı tökür
14:19 04.08.2026
Cəmiyyət
İranda ikibaşlı hakimiyyət özünü açıq şəkildə göstərir - ŞƏRH
13:26 04.08.2026
Gündəm
Ərdoğan YAŞ toplantısı öncəsi Anıtkabiri ziyarət etdi
12:58 04.08.2026
Gündəm
Sədərək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib
12:57 04.08.2026
Gündəm
ABŞ-nin İranla mümkün saziş üçün tələbləri açıqlandı
12:50 04.08.2026
Gündəm
Azərbaycan və İsveçrənin XİN rəhbərləri görüşdü - YENİLƏNİB
12:45 04.08.2026
Siyasət
Sabah 39 dərəcə isti olacaq
12:40 04.08.2026
Ekologiya
Naxçıvanda hiss edilən zəlzələ olub
12:36 04.08.2026
Hadisə
Ötən gün 30 cinayətin açılması təmin olunub
12:30 04.08.2026
Hadisə
Bu qəsəbədə bütün sakinlər eyni binada yaşayır
12:27 04.08.2026
Dünya
Rusiyada yanacaq bazarında yeni araşdırmalar başlayıb
12:17 04.08.2026
Dünya