
İstanbul görüşündə Putin olmayacaq - ŞƏRH
Yusif Nəzərli
15:30 14.05.2025
Gündəm
415
Zelenskinin səfəri və Türkiyə prezidenti ilə görüşü mümkündür
“Yəqin ki, nümayəndə heyətləri müəyyən razılaşmaya gəlmək üçün müzakirələr aparacaqlar. Bu da ümumi irəliləyiş üçün müsbət məqam sayıla bilər"
Ukrayna Prezidenti Volodimir Zelenski İstanbulda keçiriləcək danışıqlarda yalnız bir halda iştirak edəcəyini bildirib. Zelenskinin yeganə şərti danışıqlarda Vladimir Putinin də şəxsən iştirak etməsidir. Onun sözlərinə görə, şərtsiz 30 günlük atəşkəs razılaşması danışıqların əsas məqsədlərindən biridir. Zelenski bildirib ki, Rusiya ilə sülhə aparan yolun başlanğıcı məhz bu addımdan keçməlidir: “Biz müharibənin sonunun başlanğıcı ilə bağlı razılığa gəlmək istəyirik. Putin isə mənimlə birbaşa danışıqlardan qorxur”.
Ukrayna lideri əlavə edib ki, əgər danışıqlar baş tutmasa, ABŞ və Avropa İttifaqından Rusiyaya qarşı sərt sanksiyalar tətbiq olunmasını gözləyir. Lakin Rusiya prezidenti Vladimir Putinin sabah İstanbula uçmayacağı deyilir. Məlumata görə, Türkiyəyə gedəcək Rusiya nümayəndə heyətinə xarici işlər naziri Sergey Lavrov və Prezidentin köməkçisi Yuri Uşakov daxildir. Kremlin mətbuat katibi Dmitri Peskov isə deyib ki, mayın 15-də Ukrayna ilə keçiriləcək İstanbul danışıqlarında Rusiya nümayəndələrinin adları ölkə Prezidenti Vladimir Putinin lazım bildiyi zaman açıqlanacaq. Onun sözlərinə görə, Rusiya nümayəndə heyəti cümə axşamı Ukrayna nümayəndə heyətini İstanbulda gözləyəcək: "Planda heç nə dəyişməyib. Prezidentdən müvafiq göstəriş alan kimi bunu edəcəyik. Lakin mən bir daha təsdiqləyə bilərəm ki, mayın 11-də prezidentin bəyanatında deyilənlər öz aktuallığını qoruyub saxlayır. Həqiqətən də, Rusiya nümayəndə heyəti Ukrayna nümayəndə heyətinin mayın 15-də İstanbulda gözləyəcək".

Millət vəkili Rasim Musabəyov deyib ki, bu oyun hələ uzun çəkəcək. Deputatın sözlərinə görə, Qərb sanksiyalarla Rusiya prezidenti V.Putini hədələsə də, Moskva geri addım atmır:
"Belə bir atalar sözü var, deyirlər "islanmışın yağışdan qorxusu yoxdur". Rusiya illərdir ən ciddi sanksiyalara məruz qalmaqdadır. Yəni bugün Rusiyanı sanksiyalarla hədələmək müşkül məsələdir. ABŞ prezidenti D.Tramp tərəflərə - Ukrayna və Rusiyaya təzyiq göstərir ki, danışıqlara getsinlər. Ən yaxşı halda, ola bilsin ki, nümayəndələr atəşkəsə nail olmaqla hansısa danışıqlara başlanılsın. ABŞ-nin 22 bənddən ibarət təklifləri var. Rusiya və Ukraynanın da öz təklifləri var. Zelenski ABŞ-nin təklfilərini ümumi şəkildə qəbul edib. Düşünürəm ki, masa arxasında da həmin sənədlər müzakirə olunacaq. Sənədlərlə bağlı müzakirələrdə tərəflər mövqelərini yaxınlaşdıra bilsələr, müəyyən irəliləyişdən söhbət gedə bilər. Böyük ehtimal ki, İstanbul görüşündə Putin olmayacaq. Zelenskinin səfəri və Türkiyə prezidenti ilə görüşü mümkündür. Yəqin ki, nümayəndə heyətləri müəyyən razılaşmaya gəlmək üçün müzakirələr aparacaqlar. Bu da ümumi irəliləyiş üçün müsbət məqam sayıla bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Binəqədidə civə satmaq istəyənlər saxlanılıblar
13:21 13.07.2026
Hadisə
Bakıda 36, rayonlarda 39 dərəcə isti olacaq - SABAHIN HAVASI
13:17 13.07.2026
Ekologiya
Lavrov Tehrana səfər edəcək
12:34 13.07.2026
Region
İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib
12:10 13.07.2026
Rəsmi
İlham Əliyev: Azərbaycanın potensial daxili riskləri yoxdur
12:04 13.07.2026
Rəsmi
Moskvaya doğru 350 PUA buraxıldı
11:57 13.07.2026
Dünya
Ağrı dağında itkin düşən qadından acı xəbər
11:39 13.07.2026
Hadisə
Kallas: Aİ Gürcüstan hökumətini dəstəkləmək istəmir
11:21 13.07.2026
Gündəm
Həkim meduza yanığı zamanı nə etmək lazım olduğunu açıqlayıb
10:51 13.07.2026
Sağlamlıq
Bakıda baş verən yanğında 3 nəfər zəhərləndi
10:35 13.07.2026
Hadisə
Rusiya FTX: Ukrayna hərbi aerodromlarda terror aktları planlaşdırıb
10:17 13.07.2026
Dünya
Sabah pensiyalar ödəniləcək
10:17 13.07.2026
Sosial
Bu ərazilərdə işıq olmayacaq
09:47 13.07.2026
İnfrastruktur
ABŞ və İran arasında qarşılıqlı zərbələr: regionda gərginlik artır
09:42 13.07.2026
Dünya