
Trampın regiondakı oyun planı: ABŞ Yaxın Şərqdə rəqiblərinə meydan oxuyur
Yusif Nəzərli
06:57 18.05.2025
Dünya
414
ABŞ və Səudiyyə Ərəbistanı 600 milyard dollardan çox məbləğdə sazişlər və investisiya öhdəlikləri paketi imzalayıblar. Bu, iki ölkə arasında iqtisadi əməkdaşlıq tarixində ən böyük sövdələşmədir. Ağ Evin yaydığı məlumata görə, imzalanma mərasimi Ər-Riyadda ABŞ Prezidenti Donald Tramp və vəliəhd şahzadə Məhəmməd bin Salmanın iştirakı ilə baş tutub və onlar hər iki ölkənin strateji tərəfdaşlığı dərinləşdirmək və uzunmüddətli iqtisadi rifahı təmin etmək niyyətini təsdiqləyib. ABŞ və Səudiyyə Ərəbistanı arasında imzalanan müdafiə müqaviləsinin dəyəri 142 milyard dollardır.
Politoloq Zeynal Əmrəliyev Sherg.az-a deyib ki, Səudiyyə Ərəbistanına veriləcək silahlar əsas etibarı ilə İran və husilərlə mübarizə üçün lazımdır. Ekspertin sözlərinə görə, husilər Səudiyyə torpaqlarına tez-tez hücumlar edir ki, bu da krallığın təhlükəsizliyi üçün ciddi təhdiddir:

"İmzalanmış sazişin əsası məhz sahil və hava müdafiəsinin gücləndirilməsi ilə bağlıdır ki, bu da son zamanlar Yəməndən Səudiyyə Ərəbistanına artan hava hücumu ilə bağlıdır. İmzalanan sazişlər böyük ölçüdə ABŞ-nin bölgədəki rəqiblərini zəiflətməyə yönəlmiş addım kimi xarakterizə oluna bilər. Vaşinqton İranın bölgədəki fəaliyyətindən ciddi şəkildə narahatlıq keçirir. Nüvə proqramı ilə bağlı Omanda aparılan danışıqların müsbət istiqamətdə getdiyi bildirilsə də, bu ölkədən gələcəkdə gələcək zərbələr regionda ciddi gərginliyə səbəb ola bilər. Tramp administrasiyası Körfəzətrafı müttəfiqləri və İsrailin təhlükəsizliyindən ciddi şəkildə narahatlıq keçirir. Buna görə də regionda İrana qarşı əsas güc olan Səudiyyə Ərəbistanı ilə əlaqələrin inkişafı ABŞ üçün prioritet təşkil edir. Bu müqavilə ilə Tramp eyni zamanda Rusiya və Çinin Səudiyyə üzərində təsirini də azaltmış oldu".
Z.Əmrəliyevin fikrincə, yeni müqavilə krallığın Rusiya və Çinlə olan əməkdaşlığına məhdudiyyətlər gətirir:
"Bayden admistirasiyasının bölgədə fəallıq göstərməməsi səbəbindən Rusiya və Çin Səudiyyə ərazisində iqtisadi və hərbi fəallığını artırmışdı. Tramp yeni müqavilə ilə bu ölkələrin təsir gücünü qırdı. Ər-Riyad ABŞ ilə bərabər İsraillə də münasibətləri gücləndirir ki, bu da regionda yeni güc mərkəzinin meydana çıxmasına səbəb olur. Hazırda ərəb dünyasının gözlədiyi Qətər və Səudiyyə Ərəbistanının bu müttəfiqlikdən Fələstin məsələsinin həllində istifadə edib-etməyəcəyidir. Ehtimal ki, Məhəmməd bin Salman Trampı "Qəzza planı"ndan vaz keçməsi üçün razı salmağa çalışacaq. İstənilən halda, imzalanan saziş ABŞ-nin Yaxın Şərqdəki mövqelərinin gücləndirilməsi və Səudiyyə Ərəbistanının ərəb dünyasının lider dövlətinə çevrilməsi ilə nəticələnəcək prosesin başlanğıcını qoymuş oldu".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Meloni Ermənistanla bağlı yeni təklif verdi
13:57 03.08.2026
Dünya
Fələstinin Azərbaycandakı səfirliyinə maliyyə yardımı göstəriləcək
13:35 03.08.2026
Gündəm
Ukrayna ordusu əks-hücuma keçdi, Rusiyanın planı pozuldu
13:23 03.08.2026
Dünya
Ömər Çelik: Ərdoğanı diktatorla müqayisə etmək...
13:16 03.08.2026
Gündəm
Azərbaycan XİN Pakistana başsağlığı verib
13:08 03.08.2026
Gündəm
Qubada maşın aşıb, 3 nəfər xəsarət alıb
12:57 03.08.2026
Hadisə
Puşilin: Nikolayevkanın kənarında şiddətli döyüşlər gedir
12:27 03.08.2026
Gündəm
Kart limiti vətəndaşı yenidən nağd pula qaytara bilər - EKSPERT
12:24 03.08.2026
Aktual
Bakıda 4 yaşlı uşaq 13-cü mərtəbədən yıxılaraq ölüb
12:04 03.08.2026
Hadisə
Ağdərədə mina partlaması nəticəsində iki nəfər xəsarət alıb
11:19 03.08.2026
Hadisə
Bakıda küçələrdən birinə Elçin Əfəndiyevin adı verilib
11:04 03.08.2026
Mədəniyyət
Krıma PUA hücumu: Üç nəfər həlak olub
11:04 03.08.2026
Gündəm
Yapon alim izah edib ki, niyə ev pişiyi ilə danışmaq lazımdır
09:45 03.08.2026
Maraqlı