Ukrayna SQ-nin generalı: Putin Ukraynanı kapitulyasiyaya məcbur etmək istəyir
Yusif Nəzərli
12:30 18.05.2025
Dünya
314
Rusiya prezidenti Vladimir Putin döyüş əməliyyatlarını davam etdirərək Ukraynanı kapitulyasiyaya məcbur etmək və öz şərtlərini qəbul etdirmək istəyir.
APA xəbər verir ki, bu fikri Ukrayna Silahlı Qüvvələrinin generalı, Ukraynanın Xarici Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri (2005–2010) Nikolay Malomuj “Espreso” telekanalında bildirib.
“Putinin strategiyası Ukraynanı təslim olmağa məcbur etməkdir. Xüsusilə də Rusiyanın irəli sürdüyü şərtləri qəbul etdirmək. Ruslar azı 5 vilayəti işğal etmək və daha da irəliləmək istəyirlər. Putin danışıqlarda arqumentsizdir. ABŞ prezidenti Donald Tramp tez-tez Ukraynanın üstünlüklərindən danışmağı sevir, bu vəziyyətdə isə həmin üstünlük Putində yoxdur. O, Ukraynanın dinc əhalisinə zərbələr endirir, ordusu isə müxtəlif istiqamətlərdə hücum etməyə çalışır. Ruslar qoşunlarını cəmləşdirir və müxtəlif cəbhələrdə – Xarkov vilayəti, Sum vilayəti və Donetsk vilayətindəki Lyman istiqamətində hücuma hazırlaşırlar”, – deyə general qeyd edib.
Malomujun sözlərinə görə, ruslar genişmiqyaslı hücum əməliyyatları aparmaq üçün kifayət qədər resursa malik deyillər.
“Ruslar hücumları genişləndirməyə hazırlaşır və bununla Ukraynaya şərtlər diktə etmək istəyirlər. Lakin nəzərə almaq lazımdır ki, düşmənin bu cür əməliyyatlar üçün resursları məhduddur. Belə hücum üçün onların azı 1 milyon canlı qüvvəyə ehtiyacı var. Rusiya isə bu qədər resursa malik deyil”, – deyə ekspert bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakıda 4 yaşlı uşaq 13-cü mərtəbədən yıxılaraq ölüb
12:04 03.08.2026
Hadisə
Ağdərədə mina partlaması nəticəsində iki nəfər xəsarət alıb
11:19 03.08.2026
Hadisə
Bakıda küçələrdən birinə Elçin Əfəndiyevin adı verilib
11:04 03.08.2026
Mədəniyyət
Krıma PUA hücumu: Üç nəfər həlak olub
11:04 03.08.2026
Gündəm
Yapon alim izah edib ki, niyə ev pişiyi ilə danışmaq lazımdır
09:45 03.08.2026
Maraqlı
Ukrayna ordusu Krımı bombardman etdi - Neft bazası vuruldu
09:26 03.08.2026
Dünya
Tramp: ABŞ və İran Hörmüz boğazı ilə bağlı razılığa gəlib
08:54 03.08.2026
Gündəm
Bu həftə pulu çox, kefi kök olacaq BÜRCLƏR
08:48 03.08.2026
Cəmiyyət
Rihanna dayanmaq bilmir!
07:44 03.08.2026
Şou
Tez-tez burun qanaması ciddi xəstəlikdən xəbər verə bilər
07:07 03.08.2026
Sağlamlıq
Messi dünya çempionatından sonra meydana qayıtdı
06:36 03.08.2026
Futbol
Tramp: ABŞ və İran Hörmüz boğazı ilə bağlı razılığa gəlib
05:15 03.08.2026
Aktual
Ariana anoreksiyadan əziyyət çəkir? – Foto
04:34 03.08.2026
Şou