
Sülhə və təhlükəsizliyə doğru addımlar atılır - RƏY
03:24 20.05.2025
Gündəm
608
Təlimlər təkcə hərbi deyil, eyni zamanda siyasi mesajdır
Azərbaycanda keçirilən “Araz-2025” birgə təliminə İrandan cəlb olunan heyətin rəhbəri və digər iştirakçılar ölkəmizə səfər edib. Müdafiə Nazirliyindən bildirilib ki, hər iki ölkənin təlim rəhbərləri və digər yüksək səviyyəli üzvləri arasında görüş keçirilib. Görüşdə təlimin məqsədi, ssenarisi və keçiriləcəyi ərazi, hazırlıq prosesi, təhlükəsizlik qaydaları, həmçinin müxtəlif mərhələlər üzrə icra olunacaq tapşırıqlar barədə brifinq təqdim olunub. Qeyd edək ki, “Araz-2025” birgə təlimi işğaldan azad edilmiş ərazilərdə mayın 21-dək davam edəcək.
Milli Cəbhə Partiyasının sədr müavini Tural İrfan "Şərq"ə açıqlamasında deyib ki, dövlətimizin yürütdüyü siyasət hər zaman sağlam qonşuluq və dostluq ənənələrinə sadiq qalmaq, mədəni, iqtisadi-ticari əlaqələrin inkişafını hədəf götürüb. Ekspert vurğulayıb ki, İranla zaman-zaman ziddiyətlər meydana gəlib:

"Çünki Tehrandan haqsız ittihamlara məruz qalmışıq. Lakin İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri çərçivəsində ölkələrimizin arasındakı münasibətlərin istiləşməsi müşahidə olunur. Təbii ki, qonşularla hər zaman isti münasibətlərin olması ölkələrimizin inkişafında böyük əhəmiyyət kəsb edir. Eyni zamanda təhlükəsizlik məsələlərində mühüm rol oynayır. Bu baxımdan birgə təlimlərin keçirilməsi də təbiidir. Bununla Azərbaycan öz sağlam, dayanıqlı siyasətini ortaya qoymuş olur. Regionda sülh və sabitliyin davamlı olması, xarici təhdidlərin minimuma endirilməsi üçün davamlı tədbirlər görülür. Birgə təlimlərin keçirilməsi və digər əlaqələrin inkişaf etdirilməsi hər iki ölkə arasında yenidən sağlam əlaqələrin davamlı olmasına aparan vəsilə sayıla bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat