İran müdafiə naziri: Ermənistana müdaxiləyə imkan verməyəcəyik

“Ərazi bütövlüyü və regional sərhədlərin sabitliyinin qorunması İran siyasətinin dəyişməz prinsiplərindən biridir”.

Teleqraf xəbər verir ki, bunu Ermənistanda səfərdə olan İran müdafiə naziri Əziz Nəsirzadə deyib.

Nazir bildirib ki, İran və Ermənistan arasındakı ümumi sərhəd iki xalq arasında tarixi əlaqə yoludur və Tehran bu sərhəddə heç bir müdaxiləyə imkan verməyəcək.

Əziz Nəsirzadə iki ölkə arasında münasibətlərin strateji əhəmiyyətini vurğulayaraq, İranın qonşuluq siyasətində Ermənistanın xüsusi yer tutduğunu qeyd edib.

“Tehran və İrəvan arasında münasibətlər möhkəm tarixi və mədəni əsaslar üzərində qurulub”, - müdafiə naziri bildirib.