
Analitik: Ermənistanın "3+3" formatında görüşə nə dərəcədə hazır olması sual altındadır
10:14 27.05.2025
Region
454
Ermənistan “3+3” formatında nazirlərin növbəti görüşünü keçirməyə hazır olduğunu təsdiqləyir.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyindən “Sputnik Armenia”nın sorğusuna cavab olaraq məlumat verilib.
Nazirlikdən bildirilib ki, bu barədə hələ 2024-cü ildə bəyan edilib.
“Ermənistan hələ 18 oktyabr 2024-cü il tarixində İstanbulda "3+3" məşvərət platformasının üçüncü görüşü zamanı növbəti nazirlər görüşünü qəbul etməyə hazır olduğunu bildirib”, - XİN-dən bildirilib.
Ermənistan Xarici İşlər Nazirliyindən onu da əlavə ediblər ki, görüşün tarixi və yeri müəyyən edilərkən ictimaiyyətə vaxtında məlumat veriləcək.
Qeyd edək ki, bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla birgə mətbuat konfransında bildirib ki, Cənubi Qafqaz üzrə "3+3" formatında üçüncü görüş hazırlıq mərhələsindədir. Onun sözlərinə görə, Moskva növbəti iclasların Bakı və İrəvanda keçirilməsini təklif edir.
Politoloq Asif Nərimanlı Sherg.az-a bildirib ki, görüşün tarixi və məkanı barədə rəsmi məlumat olmaması onu göstərir ki, Ermənistanın hələ qəti qərarı yoxdur:

"Bu məsələnin gündəmə gəlməsi daha çox Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun Ermənistan səfəri və orada verdiyi açıqlamadan ilə bağlıdır. Çünki Lavrov bəyan etdi ki, rəsmi İrəvan regiondan kənar qüvvələri Cənubi Qafqaza gətirməklə bölgənin maraqlarına qarşı çıxır. Bu, region ölkələrinin Ermənistana qarşı birləşməsinə, dövlətin təklənməsinə səbəb ola bilər. Digər tərəfdən Lavrov bildirdi ki, "3+3" formatının növbəti görüşləri Bakıda və ya İrəvanda keçirilə bilər. Ermənistan tərəfi bu görüşə hazır olduğunu deyir. Eyni zamanda İrəvanın sözügedən açıqlaması regionda baş verən proseslərdən qaynaqlanır. Artıq Ukrayna məsələsinin ətrafında danışıqlar getdiyi vaxt Rusiya yenidən Cənubi Qafqaza qayıtmaq istiqamətdə addımlar atır. Lavrovun Ermənistana səfəri də buna hesablanmışdı. Üçillik müharibə dövründə Rusiyanın postsovet məkanında ən çox təsir imkanlarını itirdiyi ölkə Ermənistandır. Odur ki, Kreml prosesə İrəvandan başlayıb. Nəzərə alaq ki, Qərbdə ABŞ-nin yanaşması fonunda Paşinyan hakimiyyətinə dəstək əvvəlki qədər deyil".
Politoloq vurğulayıb ki, Ermənistan regional müstəviyə qayıtmaq istiqamətində olduğunu sübut etməyə çalışır:
"Lakin onun məqsədi sırf bu deyil. Çünki İrəvan paralel şəkildə Avropa İttifaqı ilə də əməkdaşlığı genişləndirir. Paşinyan guya özünü balans siyasəti yürüdürmüş kimi göstərməyə çalışır. Ümumilikdə "3+3" formatında görüşün keçirilməsi üçün Ermənistanın nə dərəcədə hazır olub-olmadığı sual altındadır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Birdəfəlik sosial müavinətlərin ödəniləcəyi tarix açıqlandı
17:49 13.11.2026
Sosial
Aynur Elgünəş əməliyyat olunub
17:35 13.11.2026
Cəmiyyət
ASAN Xidmətin qarşısında hamilə qadın bıçaqlandı
17:27 13.11.2026
Hadisə
Milli Məclisdə gələn həftə dövlət büdcəsi müzakirə ediləcək
17:15 13.11.2026
Gündəm
Xalq artisti pensiyalarla bağlı narazılığını bildirdi
16:59 13.11.2026
Mədəniyyət
Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
16:30 13.11.2026
Gündəm
Azərbaycan XİN BƏƏ-yə başsağlığı verib
16:17 13.11.2026
Gündəm
İran “neftsiz büdcə”yə hazırlaşır
15:36 13.11.2026
Dünya
Göy məscid məsələsi UNESCO-ya çıxarılmalıdır - Novella Cəfəroğlu
15:23 13.11.2026
Aktual
Növbəti həftədən beşgünlük payız tətili başlayacaq
15:03 13.11.2026
Cəmiyyət
Ukrayna Samaraya dron zərbəsi endirib, 4 nəfər ölüb
14:41 13.11.2026
Dünya
Rəqəmsal hüquqlar da əsas sənəddə əksini tapmalıdır
14:33 13.11.2026
Gündəm
SEPAH: Xameneinin qisası alınmadan müharibə bitməyəcək
14:14 13.11.2026
Gündəm