
Azərbaycan regionda alternativ enerjiyə keçidin liderliyini ələ almağı hədəfləyir -İlham Şaban
10:10 02.06.2025
İqtisadiyyat
518
Bizim yaşıl enerji gündəliyimiz çox genişdir. Azərbaycan neft və qaz ölkəsi olmaqla yanaşı, investorlarla bərabər məhz yaşıl enerjiyə sərmayə qoyub. Bu da bizim məsuliyyətimizi nümayiş etdirir.
Bu fikirləri Prezident İlham Əliyev 30-cu “Caspian Oil and Gas”, 13-cü “Caspian Power” və 30-cu “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxışında səsləndirib.
Dövlət başçısı, həmçinin bildirib ki, bütün bu yaşıl enerji potensialımız nəticəsində biz Azərbaycanın elektrik enerjisinə artan tələbatını məhz bərpaolunan enerji hesabına təmin edəcəyik.
Neft sahəsi üzrə tanınmış ekspert, Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban “Sherg.az”a bildirib ki, Azərbaycan hələ ki, böyük yaşıl enerji mənbəyinə əsaslanan bir stansiya tikib:

“Onun adı isə Qaradağ 230 MVt-lıq Günəş Elektrik Stansiyasıdır. Bu layihə ölkənin bərpaolunan enerji strategiyasında mühüm mərhələ hesab olunur. Stansiyanın tikintisinə 262 milyon ABŞ dolları həcmində sərmayə qoyulub. Azərbaycanın 2030-cu ilə qədər üç-dörd milyard kilovat-saat yaşıl enerjini ixrac etmə planı var. Bu hədəf ölkənin “yaşıl enerji zonası” konsepsiyasına uyğun şəkildə Qarabağ və Şərqi Zəngəzur bölgələrinin potensialı nəzərə alınmaqla müəyyən edilib. Bununla yanaşı, Azərbaycanda külək enerjisi layihələri, xüsusilə də Xəzər dənizində yerləşdirilməsi nəzərdə tutulan dəniz külək stansiyaları da gündəmdədir. Bu təşəbbüslər regionda alternativ enerjiyə keçidin liderliyini ələ almağa yönəlib. Lakin nəzərdə tutulan ixrac hədəflərinin gerçəkləşməsi üçün texnoloji, maliyyə və infrastruktur baxımından ciddi hazırlıq tələb olunur. Hazırkı şəraitdə Azərbaycanın yaşıl enerji sahəsində apardığı işlər müsbət qiymətləndirilsə də, reallıqda bu planların tam yerinə yetirilib-yetirilməyəcəyini yalnız zaman və praktika göstərəcək. Dövlətin davamlı siyasi iradəsi və investor marağının qorunması bu istiqamətdə əsas rol oynayacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm
Əkrəm İmamoğlunun “casusluq işi” üzrə məhkəməsi başlayıb
15:24 11.05.2026
Gündəm
Bütün dünyaya təsir edəcək fəlakət barədə xəbərdarlıq edildi
14:58 11.05.2026
Dünya
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib
14:45 11.05.2026
Ekologiya
Britaniya Baş naziri: "Brexit"lə bağlı vədlər puç olub
14:37 11.05.2026
Dünya
ABŞ və İran arasında dialoq yolu bağlandı
14:19 11.05.2026
Gündəm
Aİ Suriya ilə əməkdaşlıq sazişini tam şəkildə bərpa edib
14:10 11.05.2026
Dünya